Location: Bakı
İş haqqında : Konstruktiv həllərin düzgün verilməsi və AzDTN-a standartlarına uyğun olaraq konstruktiv cizgilərin işlənməsi; bina və qurğuların, sənaye və mülki tikintilərinin, layihələndirilməsi; Ekspertizanın iradlarına əsasən layihələrin revizya olunması, Konstruktiv hesabatların aparılması, İnşaat konstruksiyalarının (metal, dəmir-beton konstruksiyalar), Bina və qurğuların texniki vəziyyətinin müayinəsi; Mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir; Tikinti materiallarının v ə konstruksiyaların növ və xüsusiyyətlərini bilməlidir; Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlanması; Potensial layihələrə ilkin hazırlıq işlərinin aparılması mərhələsində əraziyə baxış keçirib məsləhətlələr vermək Metal konstruksiya və avadanlıqlar üzrə statik hesabatların tərtibi; Səmərələşdirici təkliflərin baxılmasında və işçi cizgilərinin işlənməsi zamanı səmərələşdiricilərə köməyin göstərilməsində iştirak edir. Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir Namizədə tələblər: Təhsili: Ali təhsil (İnşaat fakultəsi/ İnşaat mühəndisi) İş təcrübəsi: Konstruktor olaraq ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı (Layihəçi konstruktor kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək); Kompüter bilikləri: MS Office proqramları, AutoCAD, Lira, Tekla Structure, REVIT Dil bilikləri: Azərbaycan, İngilis dili. Digər dillər əlavə üstünlük hesab olunur Namizədlərdən CV-ni "Mühəndis-konstruktor" mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.