Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Tikinti layihələri üzrə topoqrafik ölçmələrin aparılması və dəqiq koordinatların hazırlanması; İnşaat sahəsində topoqrafik və geodeziya ölçmə cihazlarından düzgün və səmərəli istifadə; Müxtəlif miqyaslı xəritə, topoqrafik plan və xüsusi planların hazırlanması; Topoqrafik məlumatların müvafiq proqram təminatlarına köçürülməsi, emalı və hesabatların hazırlanması; Tikinti sahəsində dəyişikliklərin və işlərin gedişatının mütəmadi izlənilməsi və layihə rəhbərliyinə təqdim edilməsi; Yerüstü geofiziki işlər üzrə hesabatların hazırlanması üçün məlumat bazasının formalaşdırılması və sistemləşdirilməsi; Təlimat, texniki norma və standartlara uyğun topoqrafik işlərin icrası; Əldə edilmiş ölçmə məlumatlarının işlənilməsi, təhlili və sənədləşdirilməsi. Tələblər: Müvafiq sahə üzrə ali təhsil (arzuolunandır); Topoqrafiya/geodeziya sahəsində müvafiq iş təcrübəsi; MS Office proqramlarında işləmək bacarığı; İngilis dili biliyi (arzuolunandı) Topoqrafik və geodeziya cihaz və avadanlıqları ilə işləmək bacarığı; Texniki sənədlərlə işləmə bacarığı; Komandada işləmək və dinamik iş mühitinə uyğunlaşmaq bacarığı; Məsuliyyətli, diqqətli və analitik düşüncə tərzinə malik olmaq. Müraciət etmək üçün: [email protected] və ya [email protected] elektron poçt ünvanlarına mövzuda “Topoqraf (Qarabağ)” qeyd etməklə CV-nizi göndərməyinizi xahiş edirik.