Location: Bakı
İş barədə məlumat: Əmək haqqı: Müsahibə zamanı təyin ediləcəkdir; İş rejimi: 6 günlük, Həftə içi saat 09:00-18:00, Şənbə günü saat 09:00-15:00, İstirahət günü - Bazar; İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir; Nahar yeməyi və korporativ nömrə şirkət tərəfindən qarşılanır; Vəzifə öhdəlikləri: Vergi və mühasibat uçotunun düzgün və qanunvericiliyə uyğun aparılması; Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab-fakturalarının hazırlanması; Qarşılıqlı hesablaşmaların aparılması, üzləşmə aktlarının tərtib edilməsi; Mühasibat uçotu ilə bağlı sənədlərin tamlığını və qorunmasını təmin etmək; Vergi orqanları ilə yazışmaların aparılması, daxil olan məktubların nəzarətdə saxlanılması; Vergi hesabatlarının hazırlanması və vaxtında təqdim edilməsi; Debitor və kreditor borcların, nağd vəsaitlərin, mal qalığının, gəlir və xərclərin uçotunun aparılması; Əmək haqqı, ezamiyyə və son haqq-hesabların düzgün hesablanması və ödənilməsinə nəzarət; Mühasibat və vergi hesabatlarının tərtib edilməsi və aidiyyəti qurumlara təqdim olunması; Namizədə dair tələblər: Təhsil: Ali təhsil (maliyyə-mühasibatlıq sahəsi üzrə olması üstünlükdür); Mаliyyə sаhəsi üzrə 3 (üç) ildən аz оlmаyаrаq iş təcrübəsi; Beynəlxalq maliyyə standartlarını bilmək: ACCA, AFCA, CIMA, PMS sertifikatları üstünlükdür; Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq baxımından yüksək bacarıqlara sahib olmalı; Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Jooble.az - Mühasib” başlığı qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanımıza göndərmələri xahiş olunur. Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 46B. e-mail: recruitment@palid.az