Location: Bakı
PAŞA Sığorta ASC namizədləri Agile Coach vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Agile Coach olaraq təşkilat daxilində çevik yanaşmaların tətbiqi və inkişafında, komandaların və liderlərin Agile metodologiyalarını mənimsəməsində və miqyaslandırılmasında əsas rol oynayacaqsınız. Siz çatdırılma proseslərinin təkmilləşdirilməsi, çevik mədəniyyətin formalaşdırılması və davamlı inkişaf düşüncəsinin təşviq edilməsi ilə biznesin transformasiyasına dəyər qatacaq, komanda və maraqlı tərəflərlə sıx əməkdaşlıq edərək təşkilati məqsədlərə nail olmağa töhfə verəcəksiniz. Öhdəliklər Çatdırılma proseslərinin təkmilləşdirilməsi üçün yeni təcrübə, alət və metodologiyaların tətbiqinə rəhbərlik etmək Agile mərasimlərini (Daily Standup, Sprint Planning, Retrospective, Backlog Refinement və s.) təşkil və fasilitasiya etmək Komandaların çevik yanaşmalar üzrə inkişafına dəstək olmaq və Agile praktikalarını təbliğ etmək Komandalarda eksperiment yönümlü düşüncə tərzinin formalaşmasına təşviq etmək Çatdırılma axınının effektivliyini təmin etmək və komanda potensialı ilə tələbi balanslaşdırmaq Proses metriklərini təhlil etmək və qərarların qəbulunda istifadə etmək Münaqişələri effektiv həll etmək, kompromislər tapmaq və məhsul komandaları ilə müsbət əlaqələri dəstəkləmək Yeni ideyaların irəli sürülməsi və biznes məqsədlərinə nail olmaq üçün təşəbbüskarlıq göstərmək Workflow-un vizual idarə olunmasına və işin vaxtında tamamlanmasına rəhbərlik etmək Rüblük proqram boardunun idarə olunması, dəyər və xərclərin hesablanması, dövr vaxtının optimallaşdırılması Agile/Lean texnikaları ilə məhsulların effektiv çatdırılmasına cavabdehlik daşımaq Agile komandaların və proseslərin yetkinləşdirilməsi, dəyişikliklərin idarə olunması Lazım olduqda komanda ilə xarici maraqlı tərəflər arasında körpü rolunu oynamaq Bilik və Bacarıqlar Scrum, Kanban, SaFe kimi müxtəlif Agile framework-lər üzrə biliklər Agile mərasimlərinin fasilitasiya bacarığı Backlog prioritetləşdirmə, user story mapping, proses metrikləri və SMART məqsədlərin yaradılması üzrə təcrübə SDLC və inkişaf proseslərinin effektiv idarə olunması (Cycle Time) Yüksək səviyyədə ünsiyyət, təqdimat, dinləmə və interpersonal bacarıqlar Problemlərin həlli və analitik düşüncə bacarığı Özünüidarə və təşəbbüskarlıq Çoxsaylı prioritetlərin idarə olunması və təşkilatçılıq bacarığı Dəyişikliklərin idarə olunmasına həvəs və başqalarını bu prosesə cəlb etmək bacarığı Maraqlı tərəflərin idarə olunması bacarığı Jira, Miro, MS Excel, MS Power Point, MS Power BI kimi alətlərlə işləmək bacarığı Biznes prosesləri və analitik biliklər Risklərin idarə olunması və yaradıcı düşüncə Komandada işləmək və strateji düşüncə bacarığı Emosional zəka və təşəbbüskarlıq Dil bilikləri: Azərbaycan, İngilis, Rus Təhsil və Təcrübə Ali təhsil (Layihə idarəetməsi, Biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi) Agile framework-lər və praktikalar üzrə güclü anlayış 3-4 il Agile Coach və ya oxşar vəzifədə iş təcrübəsi Scrum Master, SAFe Agilist və ya digər Agile sertifikatları (arzuolunandır) Layihə idarəetməsi üzrə sertifikatlar (PMI-ACP, PMP və s.) üstünlükdür Bizim Təklifimiz Çoxşaxəli və peşəkar komanda ilə əməkdaşlıq imkanı Fərdi və peşəkar inkişaf üçün dəstək və resurslar Şəffaf və açıq korporativ mədəniyyət İnnovativ layihələrdə iştirak və real təsir imkanı “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.