Yüklənir...
Location: Bakı
Salary: 500
İş şəraiti: İş yerinin ünvanı H. Əliyev prospekti, Arena Plaza İş rejimi 09:00–18:00, 5 günlük Əmək şəraiti - Ərazidə Namizədin planlaşdırılan işə başlama tarixi - 01 iyun 2026 Digər təminatlar və imkanlar: Maaş + bonus sistemi Bəzi ərazilərdə fəaliyyət göstərəcək əməkdaşların nəqliyyat xərcləri qarşılana bilər İşçilərə şirkət tərəfindən təlimlər (satış bacarıqları, satışın əsasları, müştərilərlə iş prinsipləri, məhsulların texniki spesifikasiyası və s.) keçiriləcək Təhsil (Tələb olunan minimum təhsil dərəcəsi, təhsil ixtisası) Orta-ixtisas və yaxud bakalavr pilləsi üzrə istənilən istiqamət və ixtisas (Tibbi sahədə təhsil arzu ediləndir) Sahə üzrə iş təcrübəsi: Azı 1 il arzu olunandır Kompüter bacarığı: MS Office – İlkin səviyyədə Xarici dil bacarığı və səviyyəsi: Tələb yoxdur. Lakin bəzi ərazilərdə fəaliyyət göstərəcək əməkdaşlarda rus dilində danışıq bacarıqlarının olması arzu olunandır Tələb olunan fərdi keyfiyyətlər: Operativlik Ünsiyyət: Yüksək korporativ kommunikasiya və aydın, inandırıcı, uzunmüddətli, peşəkar ünsiyyət qurmaq bacarığı Məqsədyönlü olmaq: satışı yekunlaşdıra bilmək, satış hədəflərinə fokslanmaq, planları icra etmək, nəticə əldə etməyə davamlı motivasiya göstərmək bacarığı Müştəriyönümlü olmaq: Müştərinin tələblərini düzgün anlaya bilmək, ona düzgün həll təqdim etmək Özünü inkişaf etdirmək: məhsullar, bazar, kosmetologiya sahəsi üzrə biliklərini müntəzəm olaraq yeniləmək və öyrənməyə hazır olmaq Bilməlidir (təcrübəsi olmayan namizədlər işə qəbul edildikdə öyrədilir) Dolğu preparatları haqqında məhsul bilikləri (tərkib, təsir mexanizmi, istifadə sahələri, qalıcılıq müddəti) Estetik və kosmetologiya sahəsinin əsasları (üz anatomiyası, prosedurların məntiqi, hansı məhsulun hansı zona üçün uyğun olması) Satış texnikaları və danışıq bacarıqları (tələbatın müəyyən edilməsi, etirazların idarə edilməsi, satışın yekunlaşdırılması texnikaları) Rəqib məhsullar və sahə üzrə bazar bilikləri (alternativ brendlər, qiymət siyasəti və s.) Tibbi və təhlükəsizlik məlumatları (məhsulun sertifikatları, əks göstəricilər, yan təsirlər, düzgün saxlama qaydaları) Cavabdehlik və öhdəlikləri: Müştəri bazasında olan yerləri (kosmetoloqlar, klinikalar, gözəllik mərkəzləri) plan üzrə ziyarət etmək, məhsulları onlara təqdim etmək və satış etmək Müştəri bazasını yeniləmək, müxtəlif mənbələrdən (elektron mənbələr, sosial şəbəkələr, saytlar, kataloqlar, ərazilər) yeni müştəri kontaktlarını əldə etmək və bazaya daxil etmək Şirkətin təqdim etdiyi məhsulların texniki spesifikasiyalarını, kampaniya məlumatlarını müştərilərə düzgün formada aydın izah etmək Məhsulun tətbiqi, tərkibi və effektivliyi barədə müştərilərə dolğun məlumat təqdim etmək Satış planına uyğun olaraq gündəlik, həftəlik və aylıq satış planlarını reallaşdırmaq Müştərilərlə uzunmüddətli korporativ münasibətləri qurmaq və inkişaf etdirmək Rəqib məhsullar, firmalar haqqında məlumatları toplamaq və rəhbərliyə təqdim etmək Müştərilərdən gələn sualları peşəkar şəkildə cavablandırmaq və bu haqda rəhbərliyi məlumatlandırmaq Sifarişləri qəbul etmək, prosedura uyğun olaraq sifariş məlumatlarını lazımi qaydada qeyd etmək və çatdırmanı koordinasiya etmək Gündəlik fəaliyyət, satış göstəriciləri, ziyarətlər və müştəri tələbləri ilə bağlı hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək Şirkət tərəfindən təşkil edilən iclaslarda, təlimlərdə, təqdimatlarda iştirak etmək, məhsul və xidmət haqqında biliklərini daima yeniləmək Əmək haqqı: İlk 2 ay 500 AZN. Növbəti aydan etibarən əmək haqqına əlavə olaraq satışdan bonus hesablanacaq. CV-lər və məlumatlar Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir. e-mail: director@polymedical.az