Marketing Manager - Prospect Cloud ERP

Location: Bakı

Salary: 800-1400

Prospect Cloud ERP — Azərbaycanda KOB-lar üçün biznes proseslərini avtomatlaşdıran innovativ bulud ERP platformasıdır. Biz sürətlə böyüyürük və bazarda yeni yanaşmalar formalaşdırırıq. Komandamıza yalnız kontent paylaşan deyil, böyümə yaradan (growth mindset-li), həm kreativ, həm də performans yönümlü universal marketoloq axtarırıq. Əgər sən həm düzgün mesajı yarada, həm də onu düzgün auditoriyaya çatdıra bilirsənsə — bu rol sənin üçündür. Vəzifə öhdəlikləri: Şirkətin ümumi marketinq strategiyasının hazırlanması və icrası Meta (Facebook & Instagram) platformalarında reklam kampaniyalarının qurulması, optimizasiyası və şkalalanması Hədəf auditoriyanın analizi və düzgün target seqmentlərinin formalaşdırılması Kreativ kontentin (postlar, reklam vizualları, hook-lar, mesajlar) hazırlanması və test edilməsi Sosial media hesablarının (Facebook, Instagram, LinkedIn) effektiv idarə olunması Gündəlik/planlı kontentlərin hazırlanması və paylaşımı Reklam büdcəsinin planlanması və ROI əsaslı idarə olunması Satış komandası ilə birgə işləyərək: lead keyfiyyətinin təhlili funnel optimizasiyası conversion artırılması A/B testlər vasitəsilə reklam və kontent performansının davamlı yaxşılaşdırılması PR yönümlü kontentlərlə brendin “innovativ ERP həlli” kimi mövqeləndirilməsi Tələblər: Meta Ads (Facebook/Instagram) üzrə real praktiki təcrübə və nəticələr Həm targeting, həm də kreativ düşüncə bacarığı (yəni yalnız reklam qurmaq yox, ideya yaratmaq) Dizayn alətlərində işləmə bacarığı (Adobe Photoshop, Illustrator və ya alternativləri) Kontent yazmaq və mesajı düzgün çatdırmaq bacarığı Analitik düşüncə və dataya əsaslanan qərarvermə Funnel, lead generation və performans marketing anlayışı Azərbaycan dilində səlis yazı və danışıq (rus və ingilis dili üstünlükdür) Enerjili, təşəbbüskar və yeni çağırışlara açıq olmaq Komanda ilə işləmək və nəticəyə fokuslanmaq bacarığı Sənə nə təklif edirik: Sürətlə böyüyən və real bazar problemi həll edən məhsul üzərində işləmək Kreativ ideyalarını test etmək və real nəticə görmək imkanı Marketinqi “post paylaşmaqdan” çıxarıb, real growth engine kimi qurmaq fürsəti Gənc, dinamik və nəticəyönümlü komanda Karyera və şəxsi inkişaf üçün geniş imkanlar Əmək haqqı: 800 - 1400 AZN arası + KPI üzrə bonus.  Prospect Cloud ERP-in yaxın zamanda beynəlxalq bazarlara çıxış strategiyasında aktiv rol almaq imkanı Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. e-mail: support@prospect.az