Yüklənir...
Location: Bakı
İş yeri: Bakı, Azərbaycan İş rejimi: Tam ştat (Full-time) Namizədə olan tələblər: Sənaye avtomatikası, SCADA, telemexanika və ya idarəetmə sistemləri sahəsində minimum 3+ il təcrübə; SCADA/HMI layihələrinin hazırlanması, tətbiqi və istismara verilməsində praktiki iştirak təcrübəsi; PLC proqramlaşdırması üzrə güclü bilik (Siemens S7-1200/S7-1500, TIA Portal; digər istehsalçılar üstünlükdür); IEC 60870-5-104 və digər telemexanika protokolları (üstünlükdür); Ən azı bir SCADA/HMI platforması ilə iş təcrübəsi (WinCC / WinCC Unified, Ignition, Wonderware/AVEVA, MasterSCADA, Zenon və ya analoqları); Elektrik və avtomatika çertyojlarını (prinsipial, qoşulma və montaj sxemləri, spesifikasiyalar) oxumaq və təhlil etmək bacarığı (AutoCAD, EPLAN); I/O siyahılarının, siqnal və registr xəritələrinin hazırlanması təcrübəsi; Nasoslar, siyirtmələr, ventilyasiya, eskalatorlar, işıqlandırma (DALI) və enerji təchizatı (EAQ) kimi mühəndis sistemlərinin avtomatlaşdırılması haqqında bilik; Sınaqlarının aparılması və istismara vermə (commissioning) təcrübəsi; İstifadəçi rolları və giriş nəzarəti prinsipləri haqqında anlayış; Texniki sənədləşdirmə (texniki tapşırıq, funksional təsvir, istismar təlimatı) hazırlamaq bacarığı; Sifarişçi və podratçılarla texniki səviyyədə kommunikasiya aparmaq bacarığı; Asan ünsiyyət qurmaq bacarığı; Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq; Avtomatika, elektrik mühəndisliyi, elektronika və ya oxşar ixtisas üzrə ali təhsilli olmaq; Texniki ingilis dili biliyi (rus dilini bilənlərə üstünlük verilir); Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyətinə malik olmaq. Sənaye protokolları üzrə praktik bilik: MODBUS TCP/RTU; PROFINET / PROFIBUS; OPC UA / OPC DA; İş barədə məlumat: SCADA və telemexanika sistemlərinin arxitekturasının hazırlanması və mövcud sistemlərin təhlili; Obyektlərin avadanlıq və siqnal siyahılarının (I/O list), registr xəritələrinin tərtib edilməsi və iş həcminin qiymətləndirilməsində iştirak; PLC proqramlarının hazırlanması, dəyişdirilməsi və sazlanması; SCADA/HMI ekranlarının, qəza siqnallarının, tarixçənin, trendlərin və hesabatların konfiqurasiya edilməsi; PLC, middleware və SCADA arasında MODBUS TCP, OPC UA və digər protokollar üzrə inteqrasiyanın qurulması; Stansiya və obyektlərdəki mühəndis sistemlərinin (su təchizatı, ventilyasiya, eskalatorlar, işıqlandırma, enerji təchizatı) SCADA-ya qoşulması; Elektrik və avtomatika çertyojlarının, texniki tapşırıqların və spesifikasiyaların təhlili, sifarişçiyə dəqiqləşdirici sualların hazırlanması; İdarəetmə ssenarilərinin (yanğın, qəza, rejim ssenariləri) layihələndirilməsi və tətbiqi; Server, iş yerləri və sənaye şəbəkəsinin quraşdırılması və konfiqurasiyasında iştirak; Sınaqlarının hazırlanması və aparılması, sistemin istismara verilməsi; İstifadəçi rolları, giriş nəzarəti və audit tələblərinin tətbiq edilməsi; Texniki sənədlərin, funksional təsvirlərin, sxemlərin və istismar təlimatlarının hazırlanması; İstifadəçilərin və dispetçerlərin təlimində iştirak; Zəmanət və texniki dəstək mərhələlərində sistemin stabil işinin təmin edilməsi. Biz sizə nə təklif edirik? Peşəkar inkişaf və maraqlı layihələrdə iştirak imkanı Dostyana və dəstəkləyici iş mühiti Müasir texnologiyalarla işləmək fürsəti Namizədin təcrübə və bacarıqları nəzərə alınmaqla, əmək bazarının tələblərinə uyğun rəqabətli əmək haqqı İş şəraiti İş qrafiki: 5 günlük iş həftəsi / Saat 09:00 – 18:00 İstirahət günləri: Şənbə və bazar Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində "SCADA sistemləri və avtomatika üzrə mühəndis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər