Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və sistemə daxil edilməsi Kassa və bank əməliyyatlarının uçotunun aparılmasına dəstək göstərilməsi Alış, satış və digər təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi Debitor və kreditor borcların uçotunun aparılması və üzləşmələrin həyata keçirilməsində iştirak Hesab-faktura, elektron qaimə və digər mühasibat sənədlərinin hazırlanması və yoxlanılması Mühasibat məlumatlarının ERP sistemində düzgün və vaxtında işlənməsi Mühasibat sənədlərinin sistemləşdirilməsi və arxivləşdirilməsi Vergi və digər məcburi ödənişlərlə bağlı məlumatların hazırlanmasına dəstək göstərilməsi Elektron qaimələrin hazırlanması və yoxlanılması Vergi orqanlarına təqdim olunan məlumat və sənədlərin hazırlanmasında iştirak Mühasibat və vergi uçotu üzrə məlumatların düzgünlüyünün yoxlanılmasına dəstək Ödəniş tapşırıqlarının və digər maliyyə sənədlərinin hazırlanmasında iştirak Əməkhaqqı üzrə ilkin məlumatların hazırlanmasına dəstək göstərilməsi Avans, ezamiyyə və digər ödənişlərlə bağlı sənədlərin işlənməsi İşçilərlə hesablaşmalar üzrə məlumatların sistemləşdirilməsi Müvafiq ödəniş və tutulmalarla bağlı məlumatların hazırlanmasında iştirak Gündəlik və aylıq mühasibat məlumatlarının hazırlanmasına dəstək Debitor və kreditor borclar üzrə məlumatların hazırlanması Baş mühasibin tələb etdiyi hesabatların hazırlanmasında iştirak Mühasibat məlumatlarında uyğunsuzluqların müəyyən edilməsi və aidiyyəti şəxslərlə koordinasiya Namizədə tələblər Ali təhsil — Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə Mühasibatlıq sahəsində ən azı 1 il iş təcrübəsi İlkin mühasibat uçotu və sənədləşmə üzrə biliklər Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qaydaları üzrə əsas biliklər MS Excel və digər MS Office proqramlarında işləmək bacarığı 1C və ya digər ERP sistemləri ilə işləmə təcrübəsi üstünlükdür Elektron qaimə və vergi sistemləri ilə işləmə bacarığı üstünlükdür Rəqəmlərlə işləmək və analitik düşünmə bacarığı Diqqətlilik və yüksək dəqiqlik İş şəraiti İş yeri: Sumqayıt şəhəri, Sülh pr. 64 İş qrafiki: 5 günlük İş saatları: 08:30-17:30 Təklif edirik Peşəkar komanda ilə işləmək imkanı Karyera və inkişaf perspektivləri Peşəkar və dinamik iş mühiti Mühasibatlıq və maliyyə sahəsində praktiki inkişaf imkanları Rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemi Peşəkar inkişaf və təlim imkanları Korporativ nömrə Könüllü tibbi sığorta Mövzu yerinə “Kiçik mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.