Sərbəst (Freelance / Remote) B2B Satış Tərəfdaşı / Əməkdaşı - SalArchi Group

Location: Bakı

SalArchi Group bizneslərin satış sistemlərinin qurulması, optimallaşdırılması və inkişaf etdirilməsi sahəsində fəaliyyət göstərən biznes konsaltinq şirkətidir. Hazırda satış fəaliyyətimizi genişləndiririk və bizimlə sərbəst (Freelance / Remote) formatda əməkdaşlıq edəcək, nəticəyönümlü və satış bacarıqlarına güvənən B2B satış mütəxəssisləri axtarırıq. Bu əməkdaşlıq modeli standart ofis rejimindən asılı olmadan, sərbəst iş qrafiki ilə fəaliyyət göstərmək və bağlanan müqavilələr əsasında yüksək komissiya gəliri əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulub. Vəzifə öhdəlikləri: Potensial korporativ müştərilərin və biznes sahiblərinin müəyyən edilməsi Şirkət rəhbərləri və qərarverici şəxslərlə ilkin əlaqələrin qurulması Potensial müştərilərin ehtiyaclarının öyrənilməsi SalArchi Group-un korporativ satış və biznes konsaltinq xidmətlərinin təqdim edilməsi Potensial müştərilərlə görüşlərin təyin edilməsi B2B satış danışıqlarının aparılması Müqavilələrin bağlanması prosesində iştirak Satış nəticələrinə və yeni müştərilərin cəlb edilməsinə fokuslanmaq Namizəddən tələblər: B2B və ya xidmət satışında təcrübə və ya güclü kommunikasiya bacarığı Müştərini dinləmək və ehtiyaclarını düzgün müəyyən etmək bacarığı Biznes sahibləri və şirkət rəhbərləri ilə peşəkar ünsiyyət qurmaq bacarığı Satış danışıqları aparmaq və satış bağlamaq bacarığı Müstəqil işləmək və iş prosesini sərbəst idarə etmək bacarığı Nəticəyönümlü və məsuliyyətli yanaşma Yüksək gəlir əldə etməyə motivasiya Təklif edirik: Bağlanan hər uğurlu B2B konsaltinq müqaviləsindən yüksək komissiya gəliri Tam sərbəst iş qrafiki Məsafədən (Remote) işləmək imkanı Hazır müştəri təqdimatları və kommersiya təklifləri Peşəkar B2B satış skriptləri və satış resursları Şirkətin mövcud təcrübəsindən və uğurlu layihələrindən istifadə imkanı Strateji müştəri görüşlərində ekspert dəstəyi Yekun müqavilə bağlanması prosesində birgə iştirak Satış nəticələrinə uyğun olaraq gəlir əldə etmək imkanı Əməkdaşlıq detalları: İş formatı: Freelance / Remote İş qrafiki: Tam sərbəst Əməkdaşlıq modeli: Nəticəyə əsaslanan B2B satış tərəfdaşlığı Ödəniş forması: Bağlanan uğurlu müqavilələr üzrə komissiya Gəlir: Satış nəticələrindən asılı olaraq, sabit yuxarı limit olmadan Qeyd: Bu əməkdaşlıq modeli standart 09:00–18:00 ofis rejimindən və sabit əməkhaqqı sistemindən asılı olmadan, öz satış bacarıqları və nəticələri əsasında gəlir əldə etmək istəyən peşəkarlar üçün nəzərdə tutulub. SalArchi Group tərəfindən bütün zəruri satış materialları, təqdimatlar və ekspert dəstəyi təmin olunur. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya +994 10 253 01 61 nömrəsinin WhatsApp hesabına göndərə bilərlər. E-mail mövzusunda “Freelance B2B Satış Tərəfdaşı” qeyd olunmalıdır.