Yüklənir...
Location: Bakı
Namizədə tələblər: Ali təhsil (İnsan Resurslarının İdarəedilməsi sahəsi üzrə təhsil üstünlükdür); İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi; Azərbaycan Respublikası Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək; ƏMAS sistemi ilə işləmə bacarığı; Əməkhaqqı hesablamaları üzrə biliklər; MS Office proqramlarında, xüsusilə Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı; Analitik düşünmə, məsuliyyətlilik və detallara diqqət; Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı. Vəzifə öhdəlikləri: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul, vəzifə dəyişikliyi və əmək müqaviləsinə xitam verilməsi proseslərinin ƏMAS sistemi üzərindən həyata keçirilməsi və sənədləşdirilməsi; Məzuniyyət əmrlərinin hazırlanması, məzuniyyət haqlarının, kompensasiyaların və son haqq-hesabın hesablanması; İşçilərin şəxsi işlərinin formalaşdırılması, müvafiq sənədlərin toplanması və arxivləşdirilməsi; Əmək kitabçalarının doldurulması və qeydiyyatının aparılması; Xəstəlik vərəqələrinin rəsmiləşdirilməsi, hesablanması və müvafiq sistemlərdə işlənməsi; İşçilərin gündəlik davamiyyətinə nəzarət edilməsi və tabel uçotunun aparılması; Vakansiyaların elan edilməsi, CV-lərin dəyərləndirilməsi, namizədlərlə müsahibələrin təşkili və keçirilməsi; İşçilərlə effektiv kommunikasiyanın qurulması və yaranan məsələlərin həllində iştirak; Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi. İş şəraiti Əmək Haqqı: 800-1000 AZN İş Qrafiki: 5 günlük iş həftəsi İş rejimi: 09:00 – 17:00 İstirahət günü: Şənbə, bazar günləri Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kadrlar üzrə mütəxəssis” göstərməyiniz xahiş olunur. Qeyd: ZƏNGLƏRƏ BAXILMIR