Location: Bakı
“Şirvan Aqro” MMC istehsalat proseslərinin fasiləsiz təmin edilməsi, material və resurslara olan tələbatın vaxtında qarşılanması, satınalma və təchizat proseslərinin səmərəli təşkili məqsədilə komandasına Təchizat üzrə mütəxəssis axtarır. Əsas vəzifə öhdəlikləri: Struktur bölmələrindən daxil olan sifarişlər əsasında material, ehtiyat hissələri, yem və digər resurslara olan tələbatı müəyyənləşdirmək; Təchizat və satınalma sifarişlərinin hazırlanmasını və icra vəziyyətinin izlənilməsini təmin etmək; Təchizatçılarla əlaqə saxlamaq, qiymət təkliflərini toplamaq və müqayisəli təhlil aparmaq; Qiymət, keyfiyyət və çatdırılma müddətlərini nəzərə alaraq uyğun təchizatçıların seçilməsində iştirak etmək; Sifarişlərin vaxtında çatdırılmasına və tələb olunan spesifikasiyalara uyğunluğuna nəzarət etmək; Anbar qalığı və mövcud ehtiyatlar barədə məlumatları izləmək, çatışmazlıq və artıq ehtiyat risklərini müəyyənləşdirmək; Təchizat sənədlərinin, sifarişlərin və müvafiq hesabatların düzgün aparılmasını təmin etmək; Təchizat xərclərini təhlil etmək, xərclərin optimallaşdırılması və proseslərin təkmilləşdirilməsi üzrə təkliflər vermək; Müvafiq struktur bölmələri, anbar və maliyyə komandası ilə koordinasiyalı işləmək. Namizədə tələblər: Təchizat, satınalma, logistika, iqtisadiyyat və ya müvafiq sahələr üzrə ali təhsil; Təchizat və ya satınalma sahəsində iş təcrübəsi – üstünlükdür; MS Excel və elektron idarəetmə sistemləri ilə işləmək bacarığı; Qiymət təkliflərinin müqayisəsi, sifarişlərin izlənilməsi və hesabatların hazırlanması bacarığı; Danışıqlar aparmaq və təchizatçılarla effektiv kommunikasiya qurmaq bacarığı; Analitik düşünmə, dəqiqlik, məsuliyyətlilik və vaxtın düzgün idarə edilməsi bacarığı. İş şəraiti: İş qrafiki: həftədə 5 günlük iş rejimi; Əməkhaqqı: namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir; İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.