Yüklənir...
Location: Bakı
Şirkətimiz “ Sürücü ” vəzifəsi üzrə vakansiya elan edir. İş barədə məlumatlar: Əmək haqqı: Net 1000 AZN; Nahar şirkət tərəfindən verilir; Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə; Vakansiya növü - tam ştat; Ünvan: Bakı şəhəri, Səbail rayonu, Hacıbabayevlər küçəsi 4 C, Bayraq meydanı ilə üzbəüz. İşin Təsviri: Şirkət rəhbərini və ailə üzvlərini müvafiq yerdən götürmək və ünvana çatdırmaq; Lazımı sənədləri müvafiq yerlərə təhvil vermək; Avtomobil rəhbərin özündə qalır; Yay mövsümunda rəhbəri səhər 08:30-da Mərdəkan bağından götürmək (2-3 ay); Avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız sürmək; Avtomobili təmiz, səliqəli və texniki istismara yararlı vəziyyətdə saxlamaq; Avtomobilin yanacaqla təmin olunmasına nəzarət etmək; Avtomobildə yaranmış nasazlıqlar haqqında dərhal xəbər vermək; Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. Tələblər: 2 ildən yuxarı iş təcrübəsi; Sürücülük vəsiqəsi: BC kateqoriyasına üstünlük veriləcək; Yaş həddi 25-35 yaşa qədər; İş saatı: 09:00-18:00 qədər; Gigiyena baxımından təmizkar, səliqəli və sağlam olmalı; Bakı şəhərinin küçə və rayonlarını yaxşı tanımaq, marşrutu düzgün seçmək bacarığı; Yol hərəkəti qaydalarını bilmək və intizamla əməl etmək; Təmkinli, məsuliyyətli, diqqətli və etibarlı olmaq. Vakansiya ilə maraqlanan şəxslər CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “ Sürücü ” qeyd etməklə göndərə və ya 010 236 10 52 nömrəsi ilə əlaqə saxlaya bilərlər.