Location: Bakı
Təsvir Azərbaycan Respublikasının vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq vergi uçotunun düzgün, tam və vaxtında aparılmasını təmin edilməsi; Xammal, material, yarımfabrikat və hazır məhsullar üzrə əməliyyatların mühasibat uçotunda Azərbaycan Respublikasının qanunvericiliyinə və müəssisənin uçot siyasətinə uyğun şəkildə düzgün əks etdirilməsinin təmin edilməsi; Məhsul buraxılışı əməliyyatlarının sistemdə düzgün əks etdirilməsini və istehsal üzrə mühasibat müxabirləşmələrinin düzgün aparılmasının təmin edilməsi; Məhsulların maya dəyərinin dəqiq hesablanmasını, istehsal xərclərinin uçot siyasətinə uyğun bölüşdürülməsini və bunun üzərində nəzarətin təmin edilməsi; Anbar uçotu ilə mühasibat uçotu məlumatlarının uyğunluğunu təmin etmək, aşkar edilmiş uyğunsuzluqların araşdırılmasını və aradan qaldırılmasını koordinasiya etmək, həmçinin inventarizasiya prosesində iştirak edilməsi; Daxil olan elektron qaimələrin və idxal əməliyyatlarının informasiya sistemində düzgün uçota alınmasına, təsdiqlənməsi prosesinə nəzarət edilməsi; Əsas vəsaitlər üzrə alış, satış, silinmə, daxili yerdəyişmə və digər əməliyyatların informasiya sistemində düzgün və vaxtında uçota alınmasının təmin edilməsi; Vergi bəyannamələrinin qanunvericiliyin tələblərinə uyğun hazırlanmasında və təqdim edilməsində iştirak etmək. Tələblər Təhsil: Mühasibat uçotu, Maliyyə və ya müvafiq sahədə bakalavr dərəcəsi; Təcrübə: İstehsalat sahəsində minimum 3 il mühasibat təcrübəsi; Mühasibat uçotu qaydalarına, vergi qanunlarına və daxili nəzarətə dair əsaslı anlayış; 1C 8.3 mühasibat proqramı üzrə biliklər; Analitik bacarıqlar; Detallara diqqət; İşin tələblərinə uyğun olaraq işgüzar səfərlərə çıxmaq imkanı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.