Location: Bakı
Vəzifə öhdəlikləri: Proyektlərin dizayn edilməsində və yeni funksionallıqların yazılmasında aparıcı rol oynamaq; Proqram arxitekturasını sistemə tədbiq edilməsini təmin etmək; Proqram həllərinin miqyaslana bilən, saxlanıla bilən və təhlükəsiz olmasını təmin etmək; Proyektin uğurlu olması üçün digər komandalarla birgə işi təmin etmək; Kiçik mütəxəsislərə mentor dəstəyi vermək və onların texniki sənədlərlə təmin etmək; Kod keyfiyyətinin və standartların qorunmasını təmin etmək; Texniki problemləri tapmaq və həll etmək; “Code review” prosesində aktiv iştirak etmək; Sistemdə olan və ya ola biləcək potensial problemləri tapmaq və aradan qaldırmaq; Yeni yazılmış funksiyaların sənədləşdirilməsini təmin etmək; Production mühitində çıxan və kütləvi müştəri probleminə səbəb olan problemlərdə gün və saatdan asılı olmayaraq maksimal dərəcədə tez reaksiya vermək və problemi həll etmək. Tələblər: Minimum 3 il praktiki backend Java development təcrübəsi. Java və OOP prinsipləri ilə praktiki bilik. Spring Boot ilə mikroservis əsaslı backend xidmətlərin hazırlanması üzrə təcrübə. Relasional verilənlər bazaları, xüsusilə PostgreSQL ilə işləmə təcrübəsi (schema dizaynı, query optimizasiyası və s.). Redis ilə cache mexanizmlərinin qurulması və istifadə təcrübəsi. API Gateway kimi Kong ilə işləmə, servislərin marşrutlaşdırılması və təhlükəsizlik qaydalarının konfiqurasiyası üzrə biliklər. İdentifikasiya və avtorizasiya üçün Keycloak ilə inteqrasiya və IAM (Identity and Access Management) üzrə əsas anlayışlar. GitLab istifadə edərək Git workflow, merge request, CI/CD prosesləri ilə işləmə təcrübəsi. Mikroservis arxitekturası, distributed sistemlər, RESTful API dizaynı və best practice-lər barədə anlayış. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. e-mail: Cv@unicapital.az