Direktor - Vision Academy

Location: Bakı

Mərkəzimizin konsepsiyası xarici dillər və müxtəlif peşə sahələri üzrə peşəkar təlim proqramlarının təşkilindən ibarətdir. Vəzifə öhdəlikləri: Mərkəzin ümumi fəaliyyətinin idarə olunması və inkişaf strategiyasının formalaşdırılması; Təlim-tədris proqramlarının planlaşdırılması və keyfiyyətinə nəzarət edilməsi; Təlimçi və müəllim heyətinin seçilməsi, qiymətləndirilməsi və inkişafının təmin edilməsi; Yeni təlim proqramlarının hazırlanması və bazar ehtiyaclarına uyğunlaşdırılması; Mərkəzin marketinq və satış strategiyasının formalaşdırılmasında iştirak etmək; Tələbə qəbul prosesinin təşkili və effektivliyinin artırılması; Maliyyə göstəricilərinə nəzarət və büdcənin idarə olunması; Mərkəzin tərəfdaş şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi; Tədris və inzibati heyətin fəaliyyətinin koordinasiyası və performansına nəzarət; Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.  Kvalifikasiya tələbləri: Təhsil: Ali təhsil (idarəetmə, biznes, təhsil və ya əlaqəli sahələr üzrə üstünlükdür) İş təcrübəsi: Təlim-tədris şirkətlərində, təhsil mərkəzi və ya oxşar sahədə idarəetmə üzrə minimum 2-3 il iş təcrübəsi. Tələb olunan bilik və bacarıqlar: Liderlik və təşkilatçılıq bacarığı; Strateji düşünmə və qərarvermə bacarığı Ünsiyyət və təqdimat bacarığı; Analitik düşünmə bacarığı; Problem həll etmə və nəticəyönümlülük bacarığı; Məsuliyyətlilik və təşəbbüskarlıq; Satış və biznes inkişafı üzrə biliklər; Azərbaycan dilində səlis yazılı və şifahi nitq bacarığı; İngilis dili biliyi - C1; Rus dilində ünsiyyət bacarığı üstünlükdür.  Təklif edirik: Əmək haqqı: Razılaşma yolu ilə (Namizədin bilik və bacarığına əsasən) ; İş qrafiki: 6 gün / 09:00 - 18:00; Nahar şirkət tərəfindən təmin edilir; Gənc və peşəkar komanda ilə dinamik iş mühiti. Tələblərə cavab verən namizədlər “Jooble.az - Direktor” başlığı ilə öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. e-mail: hr@visionacademy.az