Yüklənir...
Location: Xırdalan
Əsas tələblər: Ali təhsil (iqtisadiyyat, idarəetmə və ya müvafiq sahə üzrə); Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsini, maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yaxşı səviyyədə bilmək; Yüksək səviyyədə kompüter bacarıqları (xüsusilə Excel, Word), 1C (Mikro ERP üstünlükdür); Komandada işləmək bacarığı; Analitik düşüncə qabiliyyəti; Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarığı; MHBS PMS, F3, sertifikatlarının olması üstünlükdür. Azərbaycan dili – sərbəst, rus və ingilis dili bilikləri üstünlükdür. Əsas vəzifə və öhdəliklər: Şirkət əməkdaşlarının aylıq əmək haqqılarının hesablanmasını və vaxtında ödənilməsini təmin etmək; Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasını təmin etmək; Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanması və vaxtında ödənilməsini təmin etmək; Əmək haqqına dair sorğu və sualların cavablandırılmasını həyata keçirmək; DSMF tərəfindən ödənilən müavinətlərin elektron hökumət sistemində işləmək; Əmək haqqı ilə bağlı Vergilər Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq; Vahid rüblük hesabatın (DSMF) və statistika hesabatlarını tərtib etmək. Fərdi keyfiyyət göstəriciləri: Diqqətlilik və məsuliyyətlilik; Analitik düşünmə və təhlil bacarığı; Yüksək kommunikasiya və danışıqlar aparmaq qabiliyyəti; Komanda işi bacarığı; Operativ və nəticə yönümlü olmaq; Planlaşdırma və prioritetləşdirmə bacarığı; Yenilikçi və proaktiv yanaşma. Təklif etdiyimiz: Motivasiyaedici və dəstəkləyici iş mühiti; Tibbi sığorta; Rahat və stabil iş şəraiti; Nahar təminatı. Korporativ nömrə İş şəraiti: Şöbə: Mühasibatlıq şöbəsi İş rejimi: 09:00–18:00 / 5 günlük iş həftəsi Ünvan: Həsən Əliyev küçəsi 38, Xırdalan, Azərbaycan Əmək haqqı: Müsahibə əsasında. CV-lərinizi “Jooble.az - Əmək haqqı üzrə mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. e-mailI recruitment@sab.az