Location: Bakı
Funksiya: İnsan Kapitalı və Təşkilatı İnkişaf Direktorluğu/Keyfiyyəti İdarəetmə Departamenti/Məhsulların Qəbulu, Saxlanması və Utilizasiyasına Nəzarət Bölməsi Əsas vəzifə öhdəlikləri: Məhsulların qəbulundan utilizasiyasınadək bütün mərhələlərdə keyfiyyət və qida təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarəti həyata keçirmək; Məhsulların qəbulu, saxlanılması, daşınması və utilizasiyası proseslərinin daxili prosedurların, qida təhlükəsizliyi standartlarının və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək; Saxlanma şəraitinin, temperatur rejimlərinin, mal qonşuluğu qaydalarının, izlənəbilərlik sisteminin və yararlılıq müddətlərinin mütəmadi monitorinqini aparmaq; Uyğunsuzluqları vaxtında müəyyən etmək, riskləri qiymətləndirmək, kök səbəbləri təhlil etmək və preventiv və korrektiv tədbirlərin icrasını təmin etmək; Məhsulların utilizasiya prosesinin müəyyən edilmiş prosedurlara və normativ tələblərə uyğun icrasına nəzarət etmək; Keyfiyyət və qida təhlükəsizliyi üzrə monitorinq, audit və yoxlamalarda iştirak etmək, aşkar edilmiş uyğunsuzluqlar üzrə tədbirlər planının hazırlanmasına və icrasına dəstək göstərmək; Qida təhlükəsizliyi və keyfiyyət göstəriciləri üzrə hesabatlar hazırlamaq, təhlillər aparmaq və rəhbərliyə təqdim etmək; Müvafiq struktur bölmələri ilə effektiv əməkdaşlıq edərək qida təhlükəsizliyi və keyfiyyət tələblərinin fasiləsiz icrasını təmin etmək Vəzifə tələbləri: Ali təhsil (Qida mühəndisliyi, Qida texnologiyası, Kimya, Biologiya və ya digər uyğun ixtisaslar üzrə təhsil üstünlük hesab olunur); Qida istehsalı, logistika, anbar təsərrüfatı, keyfiyyətə nəzarət və ya qida təhlükəsizliyi sahəsində minimum 1 il iş təcrübəsi; ISO 9001:2015, ISO 22000:2018, HACCP prinsipləri, HALAL və digər yerli, regional və beynəlxalq qida təhlükəsizliyi standartları üzrə biliklərə və onların praktik tətbiqi bacarığına malik olmaq; Azərbaycan Respublikasının qida təhlükəsizliyi sahəsində qüvvədə olan qanunvericilik aktları və normativ sənədləri üzrə baza biliklərinə malik olmaq; MS Office proqramlarından (xüsusilə Excel, Word və Outlook) sərbəst istifadə etmək, SAP və ya digər ERP sistemləri ilə işləmək bacarığına malik olmaq; Diqqətlilik, məsuliyyətlilik və yüksək icra intizamına malik olmaq;Analitik düşünmə, müşahidə və təhlil etmə bacarığı; Komandada işləmək, effektiv ünsiyyət qurmaq və müxtəlif struktur bölmələri ilə koordinasiyalı fəaliyyət göstərmək bacarığı; Azərbaycan dilini sərbəst bilmək; rus və ingilis dillərini orta səviyyədə bilmək üstünlük hesab olunur. Əmək haqqı: Müsahibə əsasında təyin olunur İş qrafiki: Həftənin 5 günü saat 08:30-dan 17:30-dək İş yeri: Bakı şəhəri Təminatlar: Servis xidməti Nahar təminatı Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Məhsulların Qəbulu, Saxlanlması və Utilizasiyası Nəzarət Mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.