Location: Bakı
"Veysəloğlu" MMC “SƏTƏM mütəxəssisi” vakansiyasını elan edir. İş şəraiti: İş yeri: Bakı şəhəri, Keşlə qəsəbəsi İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək Əmək haqqı: Müsahibə əsasında təyin olunur. Vəzifə öhdəlikləri: SƏTƏM təlimatlarının hazırlanması və işçilərə təlimlərin keçirilməsi Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarətin həyata keçirilməsi İş qəzaları və peşə xəstəlikləri ilə bağlı halların araşdırılması, reaktiv və proaktiv tədbirlərin təşkili Ətraf mühitin mühafizəsi ilə bağlı normativ tələblərin icrasına nəzarət Risklərin qiymətləndirilməsi və analizi İstehsalat, logistika, təmir-tikinti prosesləri zamanı təhlükəsizlik tələblərinin icrasına nəzarət Təhlükəsiz əmək şəraitinin təmin edilməsi üçün iş yerlərində günlük yoxlamaların keçirilməsi Qeydə alınmış uyğunsuzluqların təyin olunmuş vaxtda aradan qaldırılmasına nəzarət etmək Tələblər: SƏTƏM üzrə qanunvericilik (Əmək Məcəlləsi, Texniki təhlükəsizlik haqqında qanun, Yanğın təhlükəsizliyi və Ətraf mühitin mühafizəsi) bilikləri FHN şəhadətnamə və vəsiqəsinin olması mütləqdir, ISO 45001 sertifikatının olması üstünlükdür Təlimlərin hazırlanması və keçirilməsi ilə bağlı təcrübə İstehsalatda qurğu və avadanlıqların istismarı zamanı təhlükəsizlik tələblərini bilmək Fövqəladə vəziyyətlərin idarə olunması üzrə bilgilər Ezamiyyətə getmək imkanı Təminatlar: İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma; Nahar ilə təmin edilmə. Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “SƏTƏM mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az saytına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.