Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Gündəlik mühasibat əməliyyatlarını ERP sistemi üzərindən uçota almaq (jurnal yazıları, debet/kredit əməliyyatları). Bank əməliyyatlarını sistemə daxil etmək və aylıq bank rekonsilyasiyalarını aparmaq Satınalma sənədlərini və təchizatçı fakturalarını sistemə daxil etmək, təchizatçı hesablarının uyğunlaşdırılmasını aparmaq. Satış əməliyyatlarının uçotunun düzgün aparılmasına nəzarət etmək və müştəri hesablarının vəziyyətini izləmək. Yeni alınmış əsas vəsaitlərin uçotunu aparmaq, onların sistemdə qeydiyyatını və kapitalizasiyasını təmin etmək. Əsas vəsaitlər üzrə amortizasiya hesablamalarını aparmaq və aylıq amortizasiya yazılarını formalaşdırmaq. Əsas vəsaitlərin köçürülməsi, silinməsi və ya satışını uçot sistemində düzgün şəkildə əks etdirmək. Əsas vəsaitlərin inventarlaşması prosesində iştirak etmək və faktiki aktivlərin sistem məlumatları ilə uyğunluğunu yoxlamaq. Əsas vəsaitlər üzrə aylıq və illik hesabatları hazırlamaq. Aylıq və rüblük maliyyə bağlanması prosesində iştirak etmək və müvafiq hesabatların hazırlanmasına dəstək vermək. Mühasibat uçotu məlumatlarının ERP sistemində düzgün və tam şəkildə aparılmasını təmin etmək. Namizədə tələblər: Ali təhsil(Maliyyə, mühasibatlılıq). Maliyyə və mühasibatlıq sahəsi üzrə minimum 2 il iş təcrübəsi. Yaxşı səviyyədə MS Excel biliyi Analitik düşüncə, Komandada işləmək bacarığı. Mühasibatlıq sahəsi üzrə sertifikatların (F3) olması üstünlükdür. Digər məlumatlar: Nahar və servis ilə təmin edilmə Əmək bazarına uyğun rəqabətli əmək haqqı 5 günlük tam iş qrafiki Korporativ mobil nömrə Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mühasib" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. e-mail: careers@rossmann.az