Yüklənir...
Location: Bakı
Təsvir Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək; Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək; Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək; Kredit müraciətlərinin qəbulu və analizi; Filiallarda monitorinqlər aparmaqla kreditlərin verilməsi şərtlərinə (kreditin təyinatı, girov təminatı, borcalanın ödəmə qabiliyyəti və s.) əməl olunmasına nəzarət edilməsi; Bankın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq aparılmasına nəzarət edilməsi; Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi; Kredit sənədlərinin tərtibi; Kredit portfelinə nəzarət və idarə etmək; Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması. Tələblər Maliyyə, İqtisadiyyat, Menecment və Hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi); Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün); Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq; Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır; Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı; Problemli kreditlərin həlli istiqamətində bilik və bacarığının olması; Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti; Riyazi hesablama aparmaq qabiliyyəti; Stressə davamlılıq və kollektivdə işləmək bacarığı; İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti; Kompüter bilikləri. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.