Yüklənir...
Location: Bakı
Təsvir: Bankın informasiya təhlükəsizliyinin və sistemlərə nəzarət mexanizmlərinin beynəlxalq standartların tələblərinə və qabaqcıl təcrübələrə uyğunluğunu yoxlamaq və nəzarət etmək; İnformasiya təhlükəsizliyi üzrə maarifləndirmə təlimlərini hazırlamaq və təşkil etmək; Yeni işə başlayan əməkdaşları informasiya təhlükəsizliyinin tələbləri barədə təlimatlandırmaq; Yeni layihələrin informasiya təhlükəsizliyi tələbləri çərçivəsində həyata keçirillməsi üçün rəy və təkliflər vermək; İnformasiya təhlükəsizliyi risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi prosesində iştirak etmək; İnformasiya təhlükəsizliyi üzrə normativ sənədləri mütəmadi olaraq nəzərdən keçirmək, yenilənmələrini etmək; Şöbənin fəaliyyəti çərçivəsində digər işlərin həyata keçirilməsində iştirak etmək. Tələblər: Ali təhsil; İSO/İEC 27001, NİST, PCİ DSS və s. kimi standartlar haqqında bilikli olmalı; Təlim keçmə bacarığı olmalı; İnformasiya təhlükəsizliyi üzrə normativ sənədlərlə işləmə bacarığı olmalı; İnformasiya təhlükəsizliyi sistemləri və nəzarət mexanizmləri haqqında bilikli olmalı. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.