Location: Bakı
Təsvir: Büdcə layihələrinin hazırlanmasında struktur bölmələrin məsləhətçisi qismində çalışmaq; Struktur bölmələrdən əldə olunan büdcə məlumatlarının dəqiqlik və dolğunluq baxımından təhlil etmək, icmallaşdırmaq və illik icmal büdcənin hazırlanmasında iştirak etmək; Bank üzrə ümumi xərclərə nəzarət etmək və bununla əlaqədar rəhbərlik üçün lazımı hesabatlar hazırlamaq; Boşluqları və xərclərin azaldıla biləcəyi və ya optimallaşdırıla biləcəyi sahələri müəyyən edərək, təşkilat daxilində xərcləri davamlı olaraq izləmək; Fərqləri və əsas tendensiyaları vurğulayaraq büdcə performansı hesabatlarını hazırlamaq; Struktur bölmələr tərəfindən vəsaitlərin istifadəsinə nəzarət etmək; İşgüzar mühitdə mühüm dəyişikliklər olduğu təqdirdə büdcə modelini yeniləmək. Tələblər: Ali magistr təhsili (maliyyə və ya iqtisad arzuolunandır); Büdcə planlaşdırılması, xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində təcrübə və biliklər; Maliyyə modelləşdirmə, proqnozlaşdırma və təhlili yaxşı başa düşmək; Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı; MS Office proqramlarından (MS Excel, Power Point) təkmil istifadə bacarığı (1C üzrə biliklər üstünlükdür); Səlis Azərbaycan dili və yaxşı səviyyədə ingilis dili bilikləri (rus dili bilikləri üstünlük hesab olunur); Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün); Bank təcrübəsi, maliyyə (məs. ACCA, CIMA, CFA) və layihə idarəetməsi üzrə sertifikatlar arzu olunandır. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.