Location: Bakı
Təsvir Müxtəlif ssenarilər üzrə Bankın risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi; Bankın məhsul və xidmətlərinin təhlili; Risklərin müəyyən olunması və idarə olunması üzrə təkliflərin verilməsi. Tələblər İqtisadi və ya maliyyə sahəsi üzrə ali magistr təhsili; Bank və ya əlaqəli maliyyə sektorunda minimum 3-5 il iş təcrübəsi; Müvafiq sahəyə dair ölkədaxili bank qanunvericilik və qaydaları üzrə biliklər (beynəlxalq nəzəri və praktiki biliklər arzuolunandır); Portfelin risk göstəricilərini özündə əks etdirən hesabatların hazırlanma və göstəricilərin bankın risk iştahına uyğunluğuna nəzarət baracıqları; Kredit və kontragent risklərinin idarə edilməsi çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə, daxili normativlərə riayət edilməsinə nəzarət etmək; Müvafiq istiqamətli stress testlərin həyata keçirilməsi yanaşmaları haqqında biliklər; Kredit risklərinin ölçülməsi, qiymətləndirilməsi üzrə bacarıqlar; Kreditləşmə fəaliyyəti üzrə risk limitlərini və əmsalları hesablamaq və bu limitlərə riayət edilməsinə nəzarət üzrə bacarıqlar; Kredit portfeli üzrə iflas olma ehtimalı verilməklə ümumi portfelin potensial iflas (default) həcmini proqnozlaşdırmaq üzrə bacarıqlar; Məntiqi mühakimə və operativ qərar qəbul etmə bacarıqları; Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirmək xüsusiyyəti; Riyazi, statistik və makroiqtisadi biliklər; Excel bilikləri vacibdir; Python, SQL, Power BI bilikləri arzuolunandır. İngilis və rus dili bilikləri; CFA və (və ya) FRM sertifikatları arzuolunandır. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.