Yüklənir...
Location: Bakı
İş yeri Göygöl şəhərindədir Əmək funksiyası: Müqavilələrnin hazırlanmasında iştirak edir; Müəssisınin tərkibinə daxil olan bütün təsərrüfat subyektlərinin qanuni mənafelərinin qorunmasını təmin edir; Müəssisənin mənafeyini məhkəmə orqanlarında,digər idarə,müəssisə və təşkilatlarda,habelə hüquq mühafizə orqanlarında müdafiə edir; Qanun mahiyyətli sənədləri işləyib hazırlayır və ya hazırlanmasında iştirak edir; Təsərrüfat, maliyyə və əmək intizamının möhkəmləndirilməsi, mülkiyyətin mühafizəsinin təmin edilməsi, israf və mənimsənilmə ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak edir; Arbitraj və məhkəmə işlərində iddiaların baxılmasının nəticələrini ümumiləşdirir və təhlil edir; Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirir; Təsərrüfat müqavilələrinin bağlanılması işində onlara hüquqi əsaslandırılmış rəy verir; İddialara cavab hazırlamaq üçün arayışın, hesabatın, izahat və başqa materialların vaxtında verilməsinə nəzarət edir; Başqa bölmələrlə birgə müəssisə, idarə və təşkilatlarda verilmiş əmr və digər normativ aktlara dəyişikliklər edir və qüvvəsini itirənlərin ləğv edilməsi haqqında təkliflər hazırlayır; Müəssisə, idarə və təşkilatların fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, daxil olan normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında iştirak edir; Qanunun tətbiqi üzrə iş aparır; Müəssisə, idarə və təşkilatların fəaliyyətinə aid olan normativ aktlar ilə qüvvədə olan qanunvericiliyə dəyişikliklərlə vəzifəli şəxsləri tanış edir; Müəssisə, idarə və təşkilatların işçilərinə carı qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəy verir. Tələblər: Göygöl və Gəncə şəhərlərinin sakinlərinə üstünlük verilir; Komersiya hüququ sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir; Tələb olunan vəzifə üzrə minimum 2 (iki) il iş təcrübəsi. İş şəraiti: İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00 Nahar fasiləsi 13:00 – 14:00, İşçilər naharla təmin olunur Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır Mövzü yerinə “Hüquq məsləhətçisi” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.