Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Şirkətin kommersiya strategiyasının hazırlanması və icrasına rəhbərlik etmək; Satış, marketinq və müştəri münasibətləri proseslərini idarə etmək; Satış hədəflərinin müəyyən edilməsi və icrasına nəzarət etmək; Bazar araşdırmaları aparmaq, rəqibləri təhlil etmək və yeni inkişaf imkanlarını müəyyən etmək; Gəlirlərin və mənfəətliliyin artırılması üçün tədbirlər planı hazırlamaq; Kommersiya büdcəsinin hazırlanması və idarə olunmasını təmin etmək; Satış komandalarının fəaliyyətini qiymətləndirmək və inkişaf etdirmək; Müştərilər, distribyutorlar və strateji tərəfdaşlarla danışıqlar aparmaq; Kommersiya göstəricilərinin (satış, marja, bazar payı və s.) təhlilini həyata keçirmək və rəhbərliyə hesabat təqdim etmək; CRM və digər kommersiya sistemlərinin effektiv istifadəsini təmin etmək. Satış və marketinq performansının mütəmadi analizi və KPI-lar əsasında hesabatlılığın təmin edilməsi; Logistika, istehsalat və maliyyə şöbələri ilə koordinasiyanın təmin edilməsi. Tələblər Biznesin idarə edilməsi, marketinq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil; Kommersiya, satış və ya biznesin inkişafı sahəsində minimum 5-7 il rəhbər vəzifədə iş təcrübəsi; FMCG, qida və ya istehsalat sektorunda təcrübəyə üstünlük verilir; Strateji planlaşdırma və komanda idarəetmə bacarığı; Maliyyə göstəricilərini və satış analitikasını oxumaq və təhlil etmək bacarığı; Azərbaycan dili sərbəst, rus dili və ingilis dili biliyi üstünlükdür; MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı. Şəxsi keyfiyyətlər Liderlik və qərarvermə bacarığı; Güclü ünsiyyət və təqdimat qabiliyyəti; Analitik düşüncə və nəticəyönümlülük; Danışıqlar aparmaq və komandaya motivasiya vermək bacarığı. Təklif edirik: Azərbaycanın köklü və dinamik inkişaf edən istehsal şirkətlərindən birində rəhbər vəzifədə çalışma imkanı; Strateji qərarların qəbulunda aktiv iştirak; Peşəkar inkişaf və karyera yüksəlişi perspektivi; Rəqabətədavamlı əmək haqqı və motivasiya sistemi. İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu 100 (İstehsalat bazası); Əmək haqqı: Bazar rəqabətinə uyğun əmək haqqı (namizədin bilik, təcrübə və peşəkar kompetensiyalarına uyğun olaraq müsahibə nəticəsində müəyyən ediləcək). CV-nizi mövzu hissəsində “Kommersiya Direktoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Əlaqə: +994 55 293 13 39