Yüklənir...
Location: Bakı
İş şəraiti İnformasiya Texnologiyaları departamenti İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə) Ünvan: Bakı şəhəri. Tələblər: Ali təhsil (Bakalavr); Oracle Database administrasiyası üzrə 1-2 il iş təcrübəsi; Azərbaycan dili (əla), İngilis dili (texniki orta səviyyədə bilmək mütləqdir); Oracle Enterprise Manager və/və ya digər database monitoring alətləri ilə işləmə bacarığı; Oracle user, role və privilege management üzrə bilik; Oracle session, locking və blocking mexanizmləri haqqında bilik; Tablespace, datafile, schema və database storage management üzrə bilik; Oracle backup/recovery və RMAN haqqında praktiki bilik; Database alert log və digər Oracle diagnostic məlumatlarını analiz etmək bacarığı. İşin təsviri: Oracle Database mühitlərinin gündəlik monitorinqini və administrasiyasını həyata keçirmək; Gündəlik backup proseslərinin nəticələrini yoxlamaq, uğursuz backup-ları müəyyən etmək və aradan qaldırılması üçün tədbirlər görmək; Backup və recovery prosesləri üzrə outsource şirkətlə koordinasiya etmək; Database səviyyəsində istifadəçilərin yaradılması, deaktiv edilməsi və silinməsi; Database istifadəçilərinə müvafiq role və privilege-lərin verilməsi və geri alınması; Aktiv database session-ları monitorinq etmək; Uzun müddət davam edən, bloklanmış və ya resursları həddindən artıq istifadə edən session-ları müəyyən etmək; Blocking session və lock vəziyyətlərini ilkin səviyyədə analiz etmək; Database üzrə CPU, memory, storage və digər əsas resurs göstəricilərini monitorinq etmək; Database space utilization və datafile/tablespace vəziyyətinə nəzarət etmək; Tablespace və storage tutumunun kritik həddə çatması barədə əvvəlcədən məlumat vermək; Database alert və error loglarını mütəmadi yoxlamaq; Database səviyyəsində yaranan insidentlər üzrə ilkin texniki analiz aparmaq; Zəruri hallarda insidenti outsource DBA komandasına eskalasiya etmək və onların qoşulmasına qədər ilkin diaqnostikanı aparmaq; Outsource DBA ilə birlikdə kritik database insidentlərinin həllində iştirak etmək; Database üzrə planlaşdırılmış maintenance və dəyişikliklərdə iştirak etmək; Oracle Database patch və upgrade işlərinin həyata keçirilməsində outsource komanda ilə koordinasiya etmək; Database üzrə monitoring sistemlərindən gələn alert-ləri araşdırmaq və müvafiq tədbirlər görmək; Database performansında müşahidə olunan problemləri ilkin səviyyədə analiz etmək və zəruri hallarda Senior DBA-ya eskalasiya etmək; Database üzrə əməliyyatların və görülmüş işlərin sənədləşdirilməsini təmin etmək; Database inventory və texniki sənədlərin aktual saxlanılmasında iştirak etmək; Database security və access management tələblərinə riayət etmək; Database audit və access loglarının yoxlanılmasında iştirak etmək; Müəyyən edilmiş IT Change Management və Incident Management prosedurlarına uyğun fəaliyyət göstərmək. Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Aparıcı Database Administrator” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.