Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit qaydalarına riayət olunmasına nəzarət etmək; Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat edir; İşçilərin təhlükəsizlik təlimatlarına uyğun fəaliyyətini təmin etmək; Qəza və insidentlərin araşdırılması, müvafiq hesabatların hazırlanması; Risklərin qiymətləndirilməsi və qarşısının alınması üçün tədbirlər planı hazırlamaq; İşçilərə əməyin mühafizəsi və SƏTƏM üzrə təlimlər keçmək; Qanunvericilikdəki dəyişikliklərə uyğun daxili təlimatların yenilənməsi; Təhlükəsizlik avadanlıqlarının və fərdi mühafizə vasitələrinin istifadəsinə nəzarət. Namizədə tələblər: Əməyin mühafizəsi və ya texniki sahə üzrə ali təhsil; Ən azı 3 il SƏTƏM və ya əməyin təhlükəsizliyi sahəsində iş təcrübəsi; Əməyin mühafizəsi üzrə normativ sənədləri yaxşı bilmək; Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür; Komandada işləmək və məsuliyyətli olmaq bacarığı; Təlim keçmə və sənədləşmə bacarığı; İngilis və rus dili arzuolunandır. İş şəraiti İş qrafiki 5 günlük saat 09:00-18:00 İş yeri C.Məmmədquluzadə 83 Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.