Location: Bakı
“The European Azerbaijan School” Education Complex LLC məktəbin təhlükəsizlik fəaliyyətinə rəhbərlik edəcək, məsuliyyətli, çevik və güclü idarəetmə bacarıqlarına malik Təhlükəsizlik üzrə Rəis axtarır. Vəzifə haqqında Təhlükəsizlik üzrə Rəis məktəbin ümumi təhlükəsizlik fəaliyyətinin təşkilinə və idarə olunmasına, mühafizə əməkdaşlarının fəaliyyətinə nəzarətə və təhlükəsizlik prosedurlarının effektiv şəkildə həyata keçirilməsinə cavabdeh olacaq. İdeal namizəd təhlükəsizlik sahəsində geniş təcrübəyə, güclü liderlik və təşkilatçılıq bacarıqlarına, həmçinin fövqəladə vəziyyətlərdə operativ qərar qəbul etmək qabiliyyətinə malik olmalıdır. Əsas vəzifə və öhdəliklər Təhlükəsizlik fəaliyyətinin idarə olunması Məktəbin gündəlik təhlükəsizlik fəaliyyətinə rəhbərlik etmək; Mühafizə əməkdaşlarının fəaliyyətini təşkil və idarə etmək; Mühafizə əməkdaşlarının iş qrafiklərini və növbələrini təsdiq və nəzarətdə saxlamaq; Məktəbin giriş-çıxış rejiminin və təhlükəsizlik prosedurlarının düzgün tətbiqini təmin etmək; Mühafizə postlarına və məktəbin ərazisinə mütəmadi nəzarəti təşkil etmək; Məktəbdə keçirilən tədbirlər zamanı təhlükəsizlik tədbirlərini planlaşdırmaq və koordinasiya etmək. Nəzarət və hadisələrin idarə olunması CCTV və digər təhlükəsizlik sistemlərinin effektiv istifadəsinə nəzarət etmək; Təhlükəsizliklə bağlı hadisələrə operativ müdaxiləni və müvafiq tədbirlərin görülməsini təmin etmək; Baş vermiş hadisələr, qayda pozuntuları və təhlükəsizlik riskləri barədə rəhbərliyə müvafiq hesabatlar təqdim etmək; Mühafizə jurnallarının, hesabatların və digər təhlükəsizlik sənədlərinin düzgün aparılmasına nəzarət etmək; Mövcud və potensial təhlükəsizlik risklərini müəyyən etmək və onların qarşısının alınması üçün tədbirlər görmək. Komandanın idarə olunması Mühafizə əməkdaşlarına rəhbərlik etmək və onların fəaliyyətinə nəzarət etmək; Əməkdaşların iş intizamına, peşəkar davranışına və xarici görünüşünə nəzarət etmək; Yeni mühafizə əməkdaşlarının işə uyğunlaşması və təlim prosesini təşkil etmək; Mühafizə əməkdaşlarının fəaliyyətini qiymətləndirmək və rəhbərliyə müvafiq məlumat vermək; Təhlükəsizlik komandası daxilində effektiv əməkdaşlığı təmin etmək. Təhlükəsizlik və fövqəladə hallar Məktəbin təhlükəsizlik və fövqəladə hallar üzrə prosedurlarını hazırlamaq və həyata keçirilməsinə nəzarət etmək; Fövqəladə hallar zamanı təhlükəsizlik tədbirlərinə rəhbərlik etmək; Zəruri hallarda məktəbin digər şöbələri və aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq etmək; Təhlükəsizlik risklərinin mütəmadi qiymətləndirilməsini həyata keçirmək və qabaqlayıcı tədbirlər görmək; Məktəbin təhlükəsizlik səviyyəsinin davamlı şəkildə təkmilləşdirilməsini təmin etmək. Namizədə tələblər Ali təhsil; Təhlükəsizlik, mühafizə və ya əlaqəli sahədə minimum 5 il iş təcrübəsi ; Rəhbər və ya nəzarətedici vəzifədə iş təcrübəsi üstünlükdür; Azərbaycan dilində sərbəst danışıq; ingilis və rus dili biliyi üstünlükdür ; Güclü liderlik və komanda idarəetmə bacarıqları; Yüksək təşkilatçılıq və problem həll etmə bacarığı; Fövqəladə və stressli vəziyyətlərdə operativ və düzgün qərar qəbul etmək bacarığı; Təhlükəsizlik prosedurları, giriş-çıxış nəzarəti və risklərin idarə olunması üzrə biliklər; Microsoft Office və ümumi kompüter proqramlarından istifadə bacarığı; Yüksək məsuliyyət, intizam və diqqətlilik; Dinamik iş mühitində işləmək və bir neçə prosesi paralel idarə etmək bacarığı. Müraciət üçün tələb olunan sənədlər Namizədlər aşağıdakı məlumatları təqdim etməlidirlər: Ad, soyad Doğum tarixi Ətraflı təhsil məlumatları Ətraflı iş təcrübəsi İki peşəkar referans şəxsin adı və əlaqə məlumatları Cover letter (motivasiya məktubu) təqdim etməyən namizədlərin müraciətlərinə baxılmayacaq. Maraqlanan namizədlər müvafiq iş təcrübəsi və bacarıqları haqqında məlumat verən CV və cover letter-i Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mailin mövzu hissəsində “Təhlükəsizlik üzrə rəis” qeyd olunmalıdır. Yalnız ilkin seçimdən keçmiş namizədlərlə əlaqə saxlanılacaq. Telefon vasitəsilə müraciətlər qəbul edilmir.