Location: Bakı
Biz komandamıza peşəkar və məsuliyyətli çilingər axtarırıq. Namizəd müəssisənin avadanlıqlarının, texniki sistemlərinin və təsərrüfat sahələrinin təmirini və baxımını təmin etməlidir. Vəzifə öhdəlikləri: Məktəb ərazisində gündəlik texniki və təsərrüfat işlərinin həyata keçirilməsi; Bina, sinif otaqları, ofislər və ümumi istifadə sahələrində yaranan kiçik texniki nasazlıqların aradan qaldırılması; Mebel, qapı, pəncərə, kilid, elektrik avadanlıqları və digər qurğularla bağlı xırda təmir işlərinin görülməsi; Elektrik, su, santexnika və digər texniki sistemlərdə yaranan problemlərin ilkin yoxlanılması və aidiyyəti əməkdaşlara məlumat verilməsi; Məktəbin texniki avadanlıqlarının və inventarının düzgün istifadəsinə və vəziyyətinə nəzarət; Təmir və texniki xidmət zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi; Məktəb ərazisində avadanlıqların, mebellərin və digər əşyaların daşınmasına və yerləşdirilməsinə dəstək; Tədbirlər, toplantılar və digər məktəb fəaliyyətləri zamanı texniki dəstəyin göstərilməsi; Rəhbərliyin tapşırıqları əsasında digər texniki və təsərrüfat işlərinin yerinə yetirilməsi. Namizədə tələblər: Texniki və ya təsərrüfat sahəsində iş təcrübəsi; Elektrik, santexnika, təmir və digər texniki işlər üzrə əsas biliklər; Əl alətləri və texniki avadanlıqlardan düzgün istifadə bacarığı; Məsuliyyətli, intizamlı və diqqətli olmaq; Fiziki işlərə uyğunluq; Verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirmək bacarığı; Komandada işləmək bacarığı; Təhlükəsizlik qaydalarına ciddi riayət etmək. Təkliflər: Peşəkar komanda ilə işləmək imkanı; Nahar ilə təmin olunma; Könüllü tibbi sığorta təmin olunma; İş şəraitinə uyğun xüsusi geyim və avadanlıqlar ilə təminat. Maraqlanan namizədlər CV-lərini və müraciət məktublarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində mütləq “Çilingər” qeyd olunmalıdır.