Yüklənir...
Location: Bakı
Əsas vəzifə öhdəlikləri: Anbara daxil olan material və avadanlıqların qəbulunu həyata keçirmək və sənədlərə uyğunluğunu yoxlamaq Materialların düzgün şəkildə yerləşdirilməsi, saxlanması və qorunmasını təmin etmək Anbar üzrə giriş və çıxış əməliyyatlarını tələbnamələr və qaimələr əsasında aparmaq Anbar uçotunu (gündəlik qalıqlar, mədaxil və məxaric) dəqiq şəkildə aparmaq Elektron uçot sistemlərində ( Excel, 1C və s.) məlumatları vaxtında yeniləmək Materialların itki, zədələnmə və düzgün istifadə olunmasına nəzarət etmək Anbarın səliqə-sahmanını və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək Rəhbərliyə gündəlik və aylıq anbar hesabatlarını təqdim etmək Tikinti materiallarının və avadanlıqların layihə üzrə sərfiyyatına nəzarət etmək Namizədə dair tələblər Orta və ya ali təhsil Tikinti sahəsində anbar və ya material uçotu üzrə minimum 1–3 il iş təcrübəsi MS Excel və anbar proqramlarında ( 1C , ERP və s.) işləmək bacarığı Məsuliyyətli, dəqiq və diqqətli olmaq Komanda ilə işləmək və ünsiyyət qurmaq bacarığı Məsuliyyət Tikinti materiallarının (sement, armatur, beton, metal konstruksiya və s.) qəbul və təhvil prosesinin aparılması Materialların layihə üzrə düzgün uçotunun və hərəkətinin təmin edilməsi Anbara daxil olan malların miqdar və keyfiyyət baxımından yoxlanılması Materialların sahəyə verilməsi və sərfiyyatın gündəlik qeydiyyatı Anbar qalıqlarının daim nəzarətdə saxlanılması və inventarizasiyada iştirak Subpodratçılara verilən materialların ayrıca uçotunun aparılması Sənədləşmənin (qaimə, akt, tələbnamə və s.) düzgün və vaxtında aparılması Materialların itki, zədələnmə və israfının qarşısının alınması İş şəraiti: Pozitiv və dəstəkləyici iş mühiti; İş qrafiki: Tam iş günü (6 günlük iş həftəsi); İş yeri: Bakı; İş vaxtı: 09:00-18:00 Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Anbardar” yazaraq Müraciət et düyməsində qeyd olunan folmu dolduraraq göndərmələri xahiş olunur.