Aparıcı Kredit İşçisi (Salyan filialı) - Azərbaycan Mikro Kredit BOKT

Location: Bakı

“Azərbaycan Mikro-Kredit BOKT” ASC, Salyan filialı üzrə Aparıcı Kredit İşçisi vəzifəsinə işə qəbul elan edir. İş şəraiti İşəgötürən:  “Azərbaycan Mikro-Kredit BOKT” ASC, Salyan filialı İş Qrafiki: I-VI günlər Tələblər: Ali və ya orta ixtisas təhsili; Kredit Təşkilatlarında kreditlər üzrə 1 il iş təcrübəsi; Mükəmməl ünsiyyət qabiliyyəti; Analitik düşüncə tərzi; Riyazi biliklər; Problemli kreditlərin həlli istiqamətində iş təcrübəsi; İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti; Kompüter bilikləri; Lombard və istehlak krediti üzrə təcrübəsi olanlara üstünlük verilir. İşin təsviri: Potensial müştərilərinin cəlb edilməsi; Potensial müştərilərin doğruluğu, məsuliyyəti, ödəmə qabiliyyəti, əldə olunmuş məlumatların öyrənilməsi, təhlil edilməsi və qiymətləndirilməsi; Kredit verilməsi üçün sənədlərin hazırlanması, rəsmiləşdirilməsi; Kredit portfelinə nəzarət və idarə edilməsi; Ayrılmış kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması. Vakansiya ilə maraqlanan şəxslər CV – lərini Müraciət et düyməsində qeyd olunan Formu dolduraraq Subject/Mövzu hissəsində “ Aparıcı Kredit İşçisi (Salyan) ” qeyd etməklə göndərə bilər.