Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Transformator, UPS, generator, ATS, düzləndirici qurğular və elektrik paylayıcı panellərin etibarlı və fasiləsiz fəaliyyətinə nəzarət etmək; Elektrik avadanlıqlarının iş rejimini mütəmadi yoxlamaq, istismar göstəricilərini qeydə almaq və aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə məlumat vermək; Elektrik avadanlıqları üzrə profilaktik və planlı texniki xidmət işlərini təşkil etmək və həyata keçirmək; Elektrik yüklərini, fazalar üzrə cərəyan bölgüsünü və avadanlıqların yüklənmə səviyyəsini mütəmadi izləmək; BMS vasitəsilə elektrik sistemlərinin vəziyyətini və yaranan həyəcan siqnallarını (alarm) izləmək; Qəza və nasazlıqların araşdırılmasında iştirak etmək, onların yaranma səbəblərini müəyyənləşdirmək və təkrarlanmasının qarşısını almaq üçün müvafiq tədbirlər görmək; Texniki xidmət, sınaq və təmir işləri zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, eləcə də təsdiq edilmiş prosedurlara riayət etmək; Texniki baxış, sınaq və təmir işləri üzrə müvafiq qeydləri və hesabatları aparmaq; Podratçı şirkətlər tərəfindən həyata keçirilən elektrik işlərinə nəzarət etmək və görülmüş işlərin keyfiyyətini yoxlamaq; Elektrik avadanlıqlarına dair texniki sənədləri, elektrik sxemlərini və istismar qeydlərini aktual vəziyyətdə saxlamaq; Enerji istehlakı göstəricilərinin toplanması və təhlili prosesində iştirak etmək; Data mərkəzin 24/7 əməliyyat fəaliyyətini növbəli iş rejimində həyata keçirmək; Tələb olunan bilik və bacarıqlar: Ali təhsil (Elektrik mühəndisliyi, Energetika mühəndisliyi və ya əlaqəli texniki ixtisaslar üzrə); Elektrik avadanlıqlarının istismarı və texniki xidməti sahəsində minimum 1 il iş təcrübəsi; Transformator, UPS, generator və elektrik paylayıcı sistemlər haqqında nəzəri və praktiki biliklər; Elektrik sxemlərini oxumaq və texniki sənədlərlə işləmək bacarığı; MS Office proqramları ilə işləmək bacarığı; Dil bilikləri: İngilis dili – texniki səviyyədə (arzuolunandır); Operativ qərarvermə və problem həll etmə bacarığı; Komandada işləmək, effektiv kommunikasiya və məsuliyyətlilik bacarığı. Qəza və fövqəladə hallarda operativ reaksiya vermək və stres altında işləmək bacarığı; Diqqətlilik, məsuliyyətlilik və texniki prosedurlara ciddi riayət etmək bacarığı. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.