Mağazaların təmiri və texniki xidməti üzrə texniki mütəxəssis - Gəncə şəhəri - Azza Gastronom

Location: Bakı

“AZZA” QSC  – bu gün Azərbaycanın ən böyük şirniyyat mağazaları şəbəkə “ Mağazaların təmiri və texniki xidməti üzrə texniki mütəxəssislər “ vakansiyalarını elan edir. Fəaliyyətimizin genişləndirilməsi ilə əlaqədar mağazalarımızda təmir, quraşdırma və texniki işlərin həyata keçirilməsi üçün texniki mütəxəssislər axtarırıq. Vakant vəzifələr: Elektrik Kondisioner ustası Soyuducu ustası Texniki işçi Əsas vəzifələr: Mağazalarda təmir və texniki işlərin həyata keçirilməsi; Elektrik avadanlıqlarına texniki xidmət və təmir işlərinin aparılması; Kondisioner və soyuducu avadanlıqlarının texniki xidməti və təmiri; Xırda təmir və təsərrüfat işlərinin görülməsi; Texniki nasazlıqların operativ şəkildə aradan qaldırılması; Planlı və cari təmir işlərinin həyata keçirilməsi. Komanda ilə işləmək bacarlığı olmalıdır. İstifadə olunan təmir tikinti materiallarının konstruktiv xüsusiyətlərini, təyinatını, iş prinsiplərini və istismarı qaydalarını bilməlidir.  Namizədə tələblər: Müvafiq sahə üzrə iş təcrübəsi; Məsuliyyətli və intizamlı olmaq; Texniki biliklərə malik olmaq; Nasazlıqların operativ şəkildə aradan qaldırılması bacarığı; Şəxsi avtomobilin olması mütləqdir; Səyyar iş rejimində işləməyə hazır olmaq. İş şəraiti: İş yeri:  Gəncə şəhəri; İş qrafiki:  6 günlük iş həftəsi; Əmək haqqı:  namizədin təcrübə və peşəkar bacarıqlarından asılı olaraq müəyyən edilir. Namizədlərdən mövzu hissəsində  “Mağazaların təmiri və texniki xidməti üzrə mütəxəssislər”  vakansiyasının adını qeyd etməklə,  fotoşəkilli CV-lərini  Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.