Fiziki təhlükəsizlik üzrə mühəndis - Bestcomp Group

Location: Bakı

Vəzifə və öhdəliklər Fiziki təhlükəsizlik sistemlərinin fasiləsiz və düzgün işləməsinə nəzarət etmək; CCTV, girişə nəzarət (ACS) ,Turniket ,Domofon və siqnalizasiya sistemlərində yaranan nasazlıqları müəyyənləşdirmək və aradan qaldırmaq; Giriş kartları və giriş hüquqları ilə bağlı sorğuları icra etmək; Sistemlərin quraşdırılması, yenilənməsi və yenidən qurulması işlərində iştirak etmək; Görülən işlər və texniki problemlər üzrə qeydlər aparmaq. Tələblər Təhsil: İnformasiya texnologiyaları, telekommunikasiya, elektronika və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili. Təcrübə: CCTV, girişə nəzarət (ACS) ,Turniket ,Domofon və siqnalizasiya sistemlərinin quraşdırılması və ya texniki dəstəyi üzrə ən azı 1 il iş təcrübəsi. Texniki bacarıqlar: Təhlükəsizlik sistemləri üzrə biliklər: CCTV (videomüşahidə), ACS (Girişə nəzarət), Domofon, Turniket, Yanğın/Mühafizə siqnalizasiyası və digər sistemlərin qurulması və iş prinsiplərini bilmək; Vendor təcrübəsi: Dahua, Hikvision, Hiwatch, ZKTeco kimi aparıcı brendlərin avadanlıqları və proqram təminatları (CMS/VMS) ilə işləmək; Texniki dəstək: Sistemlərdə baş verən texniki nasazlıqları diaqnostika etmək və aradan qaldırmaq; İstifadəçi idarəetməsi: Giriş kartlarının proqramlaşdırılması, istifadəçilərin sistemdə qeydiyyatı və giriş hüquqlarının tənzimlənməsi; Şəbəkə bilikləri: IP ünvanlama, şəbəkə avadanlıqlarının sazlanması və IP şəbəkələri üzrə bazis biliklərə malik olmaq. Səriştələr: Problemləri təhlil etmək və həll yolu tapmaq;  Məsuliyyətli və diqqətli olmaq;  Texniki sorğulara operativ reaksiya vermək;  Komandada işləmək və ünsiyyət qurmaq;  İşləri planlaşdırmaq və prioritetləşdirmək. Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .