Satış nümayəndəsi (TS) - BME SH HILTI

Location: Bakı

Vəzifə öhdəlikləri Bazar potensialının qısa və orta müddətli nəzərdən keçirilməsi, inşaat sektorunda bazar və satış imkanlarının araşdırılması, Hilti satış strategiyasının nəzərə alınması və bütün şirkət siyasət və prosedurlarına riayət edilməsi. Tikinti şirkətləri, podratçılar, subpodratçılar, mühəndislər və digər inşaat sektoru mütəxəssisləri ilə effektiv işgüzar əlaqələrin yaradılması və inkişaf etdirilməsi. Mövcud və yeni müştərilərlə davamlı əlaqələrin qurulması, müştəri ehtiyaclarının müəyyən edilməsi və uyğun həllərin təqdim olunması. İnşaat layihələrinin, tikinti sahələrinin və potensial müştərilərin müəyyən edilməsi, layihələr üzrə satış imkanlarının araşdırılması və yeni müştərilərin cəlb edilməsi. Məhsulların satışı, Hilti məhsul və həllərinin tikinti sahələrində, ofislərdə və istehsalat müəssisələrində tətbiqinin təşviqi, müştərilərə məhsullar və onların düzgün istifadəsi barədə məlumat verilməsi. Tikinti sahələrinə mütəmadi səfərlərin həyata keçirilməsi, sahədə yaranan texniki və məhsul ehtiyaclarının müəyyən edilməsi və müvafiq həllərin təklif olunması. Satış direktorunun dəstəyi ilə şirkətin strategiyası və prioritetlərinə uyğun olaraq aylıq, rüblük və illik satış hədəflərinin həyata keçirilməsi. Şirkətin strategiyasına sadiq qalmaq, hər il müəyyən edilən biznes və inkişaf məqsədləri çərçivəsində bilik, bacarıq və qabiliyyətləri inkişaf etdirmək. Gündəlik hesabatların, müştərilər haqqında məlumatların, həftəlik/aylıq planların və tələb olunan digər hesabatların rəhbərliyə təqdim edilməsi. Satışdan sonra müştəri borclarının və alacaqların müəyyən edilmiş müddətlər çərçivəsində izlənilməsi və vaxtında toplanılmasının təmin edilməsi. İnşaat sektorunda yeni satış kanallarının və biznes imkanlarının müəyyən edilməsi, rəqiblərin və bazar tendensiyalarının izlənilməsi. Namizədə tələblər Mühəndislik və ya inşaat sahəsində təhsil almış namizədlərə üstünlük verilir. İnşaat sektorunda satış və ya tikinti məhsullarının satışı üzrə iş təcrübəsi üstünlükdür. Yüksək ünsiyyət bacarığı, satışda uğur qazanmaq və hədəf yönümlü inkişaf etmək istəyi. Nəticəyönümlü, dinamik və enerjili olmaq. Müştərilərlə effektiv ünsiyyət qurmaq və özünü düzgün ifadə etmək bacarığı. Problemlərin həllində və qərarların qəbul edilməsində strateji və yaradıcı yanaşma. İngilis və rus dili biliyi. MS Office proqramlarında işləmək bacarığı. Sürücülük vəsiqəsi. Tikinti sahələrində və müştərilərlə aktiv şəkildə işləməyə hazır olmaq. CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Satış Nümayəndəsi” başlığı ilə göndərməyiniz xahiş olunur.