Location: Bakı
İş şəraiti: Şirkətin təklifi: Nahar, və rəqabətədavamlı kompensasiya paketi. İş qrafiki: Növbəli iş qrafiki (xidmət müqaviləsi). İş yeri: Xırdalan şəhəri, Şamaxı şossesi. Əsas vəzifə öhdəlikləri: Obyektlərdə təsdiq edilmiş buraxılış rejimini təmin etmək, o cümlədən sənədləri yoxlamaq; Obyektə daxil olan və obyektdən çıxan şəxslərə, eləcə də əraziyə gətirilən və ərazidən çıxarılan yüklərə nəzarət etmək; Şirkətin ərazisində əməkdaşların və ziyarətçilərin həyat və sağlamlığını qorumaq; Qəza və fövqəladə hallara operativ reaksiya vermək və şirkətin ərazisində təhlükəsizliyi təmin etmək; Oğurluq və digər qanunazidd hərəkətlərin qarşısını almaq. Namizədlərə dair tələblər: Ali və ya orta ixtisas (texniki) təhsili; Təhlükəsizlik sahəsində ən azı 3 il iş təcrübəsi; Azərbaycan və rus dillərini əla səviyyədə bilmək; ingilis dili biliyi üstünlükdür; İdmançı bədən quruluşu. Tələb olunan bilik, bacarıq və səriştələr: Microsoft Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı; Mühafizə və təhlükəsizliyin monitorinqinin əsasları üzrə biliklər; Diqqətlilik; Stressə davamlılıq; Növbəli iş qrafiki ilə işləməyə hazırlıq; Məsuliyyətlilik. Əlaqə: Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı və məsuliyyətli vəzifəyə müraciət etmək istəyirsinizsə, zəhmət olmasa, CV-nizi aşağıdakı keçid vasitəsilə göndərin: https://www.carlsbergazerbaijan.az/en/work-with-us/join-our-team/career-form/ https://www.carlsbergazerbaijan.az/az/bizimla-calis/komandamiza-qosul/career-form/ Nəzərə alın ki, yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.