Location: Bakı
Əsas vəzifə öhdəlikləri: Tikinti işlərinin layihə tələblərinə, norma və standartlara uyğunluğuna nəzarət etmək; Keyfiyyətə nəzarət planları, prosedurlar və hesabatlar hazırlamaq; Sahədə materialların və görülən işlərin keyfiyyətini yoxlamaq; Yoxlama və sınaq planlarının hazırlanması və tətbiqinə nəzarət etmək; Uyğunsuzluqların (NCR/CAP) müəyyən edilməsi və aradan qaldırılmasını koordinasiya etmək; Sub-podratçıların keyfiyyət göstəricilərinə nəzarət etmək; Keyfiyyətlə bağlı iclas və yoxlamalarda iştirak etmək. Namizədə tələblər: Ali texniki, xüsusilə İnşaat mühəndisliyi üzrə təhsil; Müvafiq sahədə minimum 5 il iş təcrübəsi ; ISO 9001:2015 və ISO 22000:2018 standartları üzrə bilik və sertifikat; Keyfiyyət idarəetmə sistemi və tikinti işlərində keyfiyyətə nəzarət üzrə təcrübə; MS Office və AutoCAD proqramlarında sərbəst işləmək; Güclü analitik düşünmə və problem həll etmə bacarığı; Azərbaycan dilində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı; İngilis dili biliyi arzuolunandır. İş şəraiti: 5 günlük iş rejimi 09:00–18:00 Nahar ilə təmin olunma Əmək müqaviləsi Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək. Müraciət üçün CV-nizi “Keyfiyyətə Nəzarət üzrə İnşaat Mühəndisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.