Yüklənir...
Location: Bakı
Qobustan qəsəbəsində yerləşən fərdi villa üçün orada yaşayaraq evə, həyətə və bağ sahəsinə nəzarət edəcək, təmizlik və qulluq işlərini yerinə yetirəcək ər-arvad axtarılır. İş öhdəlikləri: Villanın daxili təmizliyini və səliqəsini qorumaq; Həyətin, bağın və bütün ərazinin təmizliyinə nəzarət etmək; Ağaclara, bitkilərə və yaşıllıq sahələrinə qulluq etmək; Həyət-bacada ümumi təmizlik və səliqə-sahman işlərini görmək; Evin və ərazinin gündəlik vəziyyətinə nəzarət etmək; Zəruri məişət və təsərrüfat işlərini yerinə yetirmək; Villanın və həyətin daim təmiz, səliqəli və baxımlı saxlanılmasını təmin etmək. İş şəraiti: İş yeri: Bakı şəhəri, Qobustan qəsəbəsi Əməkhaqqı: Aylıq 1000 AZN (ər-arvad üçün ümumi) İşçilər villa ərazisində yaşayacaqlar; Yaşayış yeri işəgötürən tərəfindən təmin olunur; Qaz, su və elektrik enerjisi işəgötürən tərəfindən qarşılanır; Aylıq əməkhaqqı ər-arvad üçün ümumilikdə 1000 AZN-dir; Uzunmüddətli əməkdaşlıq nəzərdə tutulur. Tələblər: Təmizkar, məsuliyyətli və etibarlı olmaq; Ev və həyət işlərini bacarmaq; Bağ və həyətə qulluq etməyi bilmək; Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək; Villa ərazisində yaşayaraq işləməyə hazır olmaq. Əlaqə nömrəsi: 051 882 54 99 Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r . Qeyd: Vakansiya yalnız ər-arvad cütlükləri üçün nəzərdə tutulub.