Rəqəmsal xidmətlərin tətbiqi şöbəsi / Böyük mütəxəssis (IT Biznes Analitik) - Express Bank

Location: Bakı

Təsvir Mobil və internet bankçılıq məhsulları və xidmətləri üzrə biznes tələblərini müəyyənləşdirilməsi, toplanması, təhlil edilməsi və sənədləşdirilməsi; Biznes və texniki komandalar arasında əlaqələndirici rolun yerinə yetirilməsi, biznes tələblərin texniki komandaya düzgün çatdırılması; Mobil və internet bankçılıq sistemlərinin və biznes proseslərin təhlili, təkmilləşdirmə imkanlarının müəyyənləşdirilməsi və uyğun həllər təklif edilməsi; Developerlərlə əməkdaşlıq edərək mobil və internet bankçılıq sistemlərinin dizaynı və modifikasiyası üzrə tələblərin izahına və implementasiyasına dəstək; Texniki sənədlərin, funksional spesifikasiyaların və istifadəçi təlimatlarının hazırlanması; Test mərhələlərində iştirak, test ssenarilərinin hazırlanmasına dəstək və hazırlanmış həllərin biznes tələblərinə uyğunluğunun yoxlanması; API-lərin biznes və funksional tələblərinin təhlil edilməsi, API sənədləşdirilməsinin təmin edilməsi; Mobil və internet bankçılıq layihələri üzrə sənədləşmənin Confluence-da aparılması və sənədlərin aktual saxlanılmasını təmin edilməsi. Tələblər Biznes analitikası, sistem analizi və ya əlaqəli sahələrdə minimum 4 il iş təcrübəsi; İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahələrdə ali təhsil; Güclü analitik düşünmə və problem həll etmə bacarıqları; Biznes proseslərinin təhlili, optimallaşdırılması və sənədləşdirilməsi üzrə təcrübə; Biznes analizi və proses modelləşdirmə vasitələrindən (Visio, Draw.io, UML, BPMN, Activity Diagram) istifadə bacarığı; SOAP və Postman üzrə praktiki biliklər; Yaxşı kommunikasiya və təqdimat bacarıqları; JIRA, Confluence və digər İT layihə idarəetmə və əməkdaşlıq vasitələri ilə işləmə təcrübəsi arzuolunandır; Azərbaycan dili – yüksək səviyyədə; ingilis və rus dilləri – yaxşı səviyyədə; Bank sektorunda iş təcrübəsi üstünlükdür. Vakansiya növü - Tam ştat İmtiyazlar Peşəkar korporativ mühitdə işləmək imkanı Professional və maddi inkişaf perspektivləri Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər; Hibrid iş rejimi Tibi sığorta paketi Maraqlanan namizədlər   Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.