İnsan Resurslarının idarə edilməsi üzrə mütəxəssis - Fincity MMC

Location: Bakı

Vəzifə üzrə başlıca öhdəliklər və məsuliyyətlər Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçilərin işə qəbulu, vəzifə və əməkhaqqı dəyişiklikləri, habelə işdən azad olunması proseslərini icra etmək;  İşçilərin şəxsi işlərinin və digər kadr sənədlərinin düzgün şəkildə formalaşdırılmasını həyata keçirmək;  Əmək münasibətləri üzrə müvafiq sənədlərin hazırlanmasını və rəsmiləşdirilməsini, o cümlədən məzuniyyət, kompensasiya, mükafat və digər müvafiq məsələlər üzrə sənədləşməni icra etmək;  İşçilərin müraciətləri əsasında arayış və digər müvafiq sənədlərin hazırlanmasını və təqdim edilməsini təmin etmək;  Müxtəlif işə qəbul kanalları vasitəsilə vakansiyaları yerləşdirmək, namizədlərin axtarışını və cəlb edilməsini həyata keçirmək, müsahibə prosesini təşkil və koordinasiya etmək;  İnsan resursları üzrə cari və perspektiv planların, hesabatların hazırlanmasında iştirak etmək;  Məzuniyyət qrafiklərini hazırlamaq, məzuniyyətlərin uçotunu aparmaq və təsdiq edilmiş qrafikə uyğun istifadəsinə nəzarət etmək;  Əməkhaqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərin hesablanması prosesinə dəstək göstərmək;  Əməkhaqqı kartlarının sifarişi və müvafiq bank proseslərinin icrasını təmin etmək;  ƏMAS platformasında əmək müqavilələrinin və müvafiq əmrlərin hazırlanmasını icra etmək. Namizəddən tələb olunan bilik və bacarıqlar Ali təhsil; İnsan resursları sahəsində minimum 1 illik iş stajı; Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi üzrə biliklər, ƏMAS-dan istifadə qaydaları, Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi; MS Office proqramlarında sərbəst işləmək bacarığı; Komanda yönümlü düşüncə və əməkdaşlıq bacarığı. Əlavə üstünlüklər: Namizədin universitetə qəbul balının yüksək olması  İş şəraiti İş qrafiki: Həftənin 5 günü (09:00-18:00) İstirahət günü: Şənbə və bazar Əmək haqqı: 600 - 800 AZN  Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .