Yüklənir...
Location: Bakı
Tikinti sahəsində fəaliyyət göstərən şirkətimizə material uçotunu dəqiq və məsuliyyətli şəkildə idarə edə biləcək Anbardar axtarılır. Əsas vəzifələr: Anbara daxil olan materialların qəbulu və sayılması; Materialların sənədlərlə uyğunluğunun yoxlanılması; Giriş və çıxış əməliyyatlarının gündəlik qeydiyyatı; Sahələrə və briqadalara verilən materialların sənədləşdirilməsi; Material qalıqlarının daim aktual saxlanılması; Minimum ehtiyat səviyyəsinin izlənməsi; Qaimə və təhvil-təslim sənədlərinin düzgün aparılması; Dövri inventarizasiyaların keçirilməsi; Faktiki qalıqla uçotdakı qalığın uyğunluğunun yoxlanılması; Material itkisi və çatışmazlıqların vaxtında rəhbərliyə bildirilməsi; Satınalma, mühasibatlıq və sahə rəhbərləri ilə koordinasiyalı işləmək; Anbarın səliqə və təhlükəsiz saxlanılmasına nəzarət. Tələblər: Müvafiq sahə üzrə ali təhsil Anbar və ya material uçotu sahəsində iş təcrübəsi; Tikinti materiallarını tanımaq üstünlükdür; Excel proqramında işləmək bacarığı; Uçot və sənədləşmədə dəqiqlik; Məsuliyyətli və intizamlı olmaq; Tikinti şirkətində anbardar təcrübəsi üstünlükdür. Sınaq müddəti: 3 ay Əməkhaqqı: 1500 AZN Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .