Sahə Rəisi - Grossmaster LLC

Location: Bakı

Tikinti sahəsində fəaliyyət göstərən şirkətimizə tikinti prosesini təşkil edə biləcək, işlərin keyfiyyətinə və vaxtında icrasına nəzarət edəcək Sahə rəisi axtarılır. Əsas vəzifələr: Tikinti və təmir işlərinin gündəlik təşkili və idarə olunması; İşlərin layihəyə, texniki tələblərə və iş qrafikinə uyğun icrasına nəzarət; Ustaların və fəhlələrin iş bölgüsünün aparılması; İşçi heyətinin gündəlik fəaliyyətinə və əmək intizamına nəzarət; Tikinti materiallarından düzgün və səmərəli istifadənin təmin edilməsi; Material ehtiyaclarının əvvəlcədən müəyyənləşdirilməsi və rəhbərliyə bildirilməsi; Görülən işlərin keyfiyyətinin yoxlanılması; İşlərin gedişatı və yaranan problemlər barədə rəhbərliyə məlumat verilməsi; Digər sahə rəhbərləri, mühəndislər və təchizat şöbəsi ilə koordinasiyalı işləmək; Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət; Görülən işlər üzrə gündəlik hesabatların hazırlanması. Tələblər: Müvafiq sahə üzrə ali təhsil Tikinti sahəsində iş təcrübəsi; Tikinti və təmir işlərinin texnologiyasını bilmək; İşçi heyətini idarə etmək və iş bölgüsü aparmaq bacarığı; Layihə və texniki çertyojları oxumaq bacarığı; Məsuliyyətli, intizamlı və operativ olmaq; Problemləri vaxtında müəyyən etmək və həll yolları tapmaq bacarığı; Tikinti şirkətində sahə rəisi və ya müvafiq vəzifədə iş təcrübəsi üstünlükdür; MS Excel və gündəlik hesabatlarla işləmək bacarığı üstünlükdür. Əməkhaqqı: 1,800 AZN. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .