Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması; Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyə uyğunluğunun təmin edilməsi; Dövlət qurumları və tərəfdaşlarla hüquqi yazışmaların aparılması; Məhkəmə və digər hüquqi proseslərlə bağlı sənədlərin hazırlanması; Əmək, mülki və korporativ hüquq sahələrində hüquqi rəy və məsləhətlərin verilməsi; Daxili normativ sənədlərin hazırlanması və yenilənməsi; Hüquqi risklərin qiymətləndirilməsi və idarə olunması. Tələblər Hüquq ixtisası üzrə ali təhsil; Müvafiq sahədə minimum 1 il iş təcrübəsi; Azərbaycan dilini sərbəst bilmək; Yaş həddi: 25-30 yaş; Rus dili – əla səviyyədə; İngilis dili – minimum B2 səviyyəsində; MS Office proqramlarında işləmək bacarığı; Analitik düşüncə və hüquqi araşdırma bacarıqları; Yüksək ünsiyyət və təqdimat bacarıqları; Məsuliyyətli və nəticəyönümlü yanaşma. Təklif edirik Rəqabətli əmək haqqı; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Dinamik və peşəkar iş mühiti; Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə. Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq. Əmək haqqı: 2300-2600 AZN (Namizədə görə arta bilər.) Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .