Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Hotelin bütün İT sistemlərinin, şəbəkə infrastrukturunun, proqram təminatlarının və İT avadanlıqlarının fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək; Kompüter, printer, POS, telefon, server, şəbəkə avadanlıqları və digər İT sistemlərinin texniki vəziyyətinə nəzarət etmək; Hotel əməkdaşlarının İT ilə bağlı müraciətlərinin vaxtında qəbul edilməsini və operativ şəkildə həll olunmasını təmin etmək; Hotelin lokal şəbəkəsinin, internet bağlantısının, Wi-Fi sistemlərinin və digər kommunikasiya infrastrukturunun fasiləsiz fəaliyyətinə nəzarət etmək; Serverlər, istifadəçi kompüterləri, şəbəkə avadanlıqları və digər sistemlərin idarə olunmasını və texniki xidmətini təşkil etmək; Proqram təminatlarının quraşdırılması, yenilənməsi, lisenziyalarının idarə olunması və texniki problemlərinin aradan qaldırılmasını təmin etmək; Hotelin istifadə etdiyi Opera proqramının, e-mail, təhlükəsizlik və digər İT sistemlərinin düzgün işləməsinə nəzarət etmək və yaranan problemlərin həllini koordinasiya etmək; İstifadəçi hesablarının, giriş səlahiyyətlərinin, parolların və digər giriş hüquqlarının idarə edilməsini təşkil etmək; Hotelin İT təhlükəsizliyi, məlumatların qorunması, ehtiyat nüsxələrin (backup) yaradılması və informasiya təhlükəsizliyi prosedurlarının tətbiqinə nəzarət etmək; İT avadanlıqlarının inventar uçotunu aparmaq, texniki vəziyyətini və istifadə müddətini izləmək, zəruri hallarda yenilənməsi və dəyişdirilməsi ilə bağlı təkliflər hazırlamaq; Hotelin İT infrastrukturunun müasir texnologiyalara uyğun inkişaf etdirilməsi və optimallaşdırılması ilə bağlı təkliflər hazırlamaq. Namizədə tələblər: İT sahəsində minimum 3–5 il iş təcrübəsi , rəhbər və ya İT Menecer vəzifəsində təcrübə üstünlükdür; Hotel sektorunda İT sistemlərinin idarə olunması üzrə iş təcrübəsi üstünlükdür; Opera proqramında peşəkar səviyyədə bilik və praktiki iş təcrübəsi mütləqdir; İT infrastrukturu, kompüter avadanlıqları, serverlər və şəbəkə sistemləri üzrə yaxşı bilik; Windows əməliyyat sistemləri, Microsoft 365/MS Office və sistem inzibatçılığı üzrə praktiki biliklər; Server, backup və istifadəçi hesablarının idarə edilməsi üzrə təcrübə; Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilmək (İngilis dili biliyi üstünlükdür) ; Məsuliyyətli, operativ, analitik düşüncəli və nəticəyönümlü olmaq. İş qrafiki: Tam iş günü, 5 günlük iş həftəsi; İş qrafiki: 09:00–18:00; Nahar şirkət tərəfindən təmin olunur. Maraqlanan namizədlərdən CV-lərini mövzu yerində uyğun vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.