Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Sahəyə daxil olan materialların müvafiq sənədlərinin, sertifikatlarının, texniki göstəricilərinin və təsdiq statusunun yoxlanılmasında iştirak etmək; Tikinti sahəsində yerinə yetirilən işlərin təsdiq edilmiş layihə sənədlərinə, İşin İcra Metoduna (Method Statement), texniki tələblərə və keyfiyyət standartlarına uyğunluğuna nəzarət etmək; Baş Podratçı tərəfindən həyata keçirilən istehsalat keyfiyyət nəzarətinin layihənin keyfiyyət tələblərinə uyğunluğunu yoxlamaq; İşlərin icrası zamanı qüsur, çatışmazlıq və uyğunsuzluqları aşkar etmək, onların qeydiyyata alınmasını və aradan qaldırılmasını izləmək; Aşkar edilmiş uyğunsuzluqlar üzrə NCR/NFI və digər keyfiyyət sənədlərinə baxmaq, təqdim edilmiş düzəliş və düzəldici fəaliyyətlərə dair rəy bildirmək; İşlərin tamamlanmasından sonra yekun yoxlamaları həyata keçirmək və aşkar edilmiş qüsurların aradan qaldırılmasına nəzarət etmək; Təsdiq edilmiş Keyfiyyət Planının (Quality Plan), İşin İcra Metodunun (Method Statement) və Yoxlama və Sınaq Planlarının (ITP) layihə sahəsində tətbiqinə nəzarət etmək; ITP-də müəyyən edilmiş hold point, witness point, inspection və test fəaliyyətlərinin vaxtında həyata keçirilməsini izləmək; Tələb olunan yoxlama və sınaqların nəticələrini, protokollarını və müvafiq keyfiyyət qeydlərini nəzərdən keçirmək; Tikinti sahəsində vaxtaşırı keyfiyyət yoxlamaları və inspeksiyalar aparmaq; İstehsalat prosesi zamanı müəyyən edilmiş keyfiyyət riskləri, qüsurlar və uyğunsuzluqlar barədə Layihə Nəzarəti rəhbərini məlumatlandırmaq; İşlərin təhvil verilməsi öncəsi punch list/snags üzrə yoxlamalarda iştirak etmək və çatışmazlıqların aradan qaldırılmasını izləmək; Keyfiyyət üzrə aparılmış yoxlamaların nəticələrini sənədləşdirmək və müvafiq hesabatları hazırlamaq; Namizədə tələblər: İnşaat mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə ali təhsil; Tikinti sahəsində keyfiyyətə nəzarət üzrə minimum 3 il iş təcrübəsi; Tikinti norma və standartları, texniki şərtlər və keyfiyyətə nəzarət prinsipləri barədə bilik; Layihə və texniki sənədləri oxuma və təhlil etmə bacarığı; Tikinti materialları və onların keyfiyyət göstəriciləri haqqında məlumatlılıq; MS Office proqramlarında işləmək bacarığı; Sənədləşmə və hesabatların hazırlanması bacarığı; Üstünlük hesab olunur: ISO 9001, 14001 və 45001 üzrə bilik; QA/QC sahəsində iş təcrübəsi; Böyük tikinti layihələrində təcrübə; Müvafiq peşəkar sertifikatların olması; İş qrafiki: I-V günlər, saat 09:00-dan 18:00-a kimi Əmək haqqı: Namizədin bilik, bacarıq və peşəkar təcrübəsi nəzərə alınmaqla müəyyən ediləcəkdir. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r.