İT mütəxəssis – Logo proqramı üzrə - Kristal

Location: Bakı

Tələblər: Logo proqramı üzrə praktiki iş təcrübəsi; İT və sistem inzibatçılığı üzrə biliklər; SQL və məlumat bazaları ilə işləmək bacarığı; Problemləri operativ həll etmək bacarığı; Məsuliyyətli və diqqətli olmaq; Komanda ilə işləmək bacarığı. Vəzifə öhdəlikləri: Logo proqramının quraşdırılması, sazlanması və texniki dəstəyi; İstifadəçilərin Logo ilə bağlı texniki problemlərinin həlli; Mühasibat və digər modullar üzrə yaranan problemlərin araşdırılması; Məlumat bazasının və sistemin düzgün işləməsinə nəzarət; Proqram yenilənmələrinin və inteqrasiyaların həyata keçirilməsi; Sistem və məlumatların təhlükəsizliyinin təmin olunması İş şəraiti: 6 günlük iş qrafiki (şənbə yarım iş günü); İş ünvanı: Bakı; Əmək haqqı namizədin bilik, təcrübə və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İT mütəxəssis-Logo proqramı üzrə” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.