Yüklənir...
Location: Bakı
Əmək haqqı: 1200-1600 Azn Vəzifə öhdəlikləri Tender proseslərinin tam idarə olunması (elanların monitorinqi, sənədlərin hazırlanması, iştirakın təmin edilməsi). Tender sənədlərinin hazırlanması: Texniki tapşırıq (TT), qiymət cədvəlləri, komersiya təklifləri, bank zəmanətləri, müqavilə layihələri və s. Təchizatçılardan qiymət təkliflərinin toplanması, müqayisəli cədvəllərin hazırlanması və analiz olunması. Satınalma qanunvericiliyinə uyğun tender prosesinin icra edilməsi (kotirovka, açıq tender, bir mənbə və s.). Daxili şöbələrlə (maliyyə, hüquq, təchizat, depo və s.) koordinasiyanın təmin edilməsi. Tender komissiyası üçün əsaslandırmaların və hesabatların hazırlanması. Vendorlarla danışıqların aparılması, qiymət optimallaşdırılması, risklərin azaldılması. Tenderlə bağlı sual-sorğuların və şikayətlərin hazırlanması. Tender sənədlərinin düzgün arxivləşdirilməsi. Yerli və beynəlxalq tender bazarının monitorinqi, layihələrin araşdırılması. Vendor bazasının genişləndirilməsi və təchizatçıların qiymətləndirilməsi. Tələblər Təhsil və təcrübə bilikləri Yaş həddi; 23-40 Ali təhsil (İqtisadiyyat, Biznes, Menecment, Hüquq və ya əlaqəli sahələr). Satınalma və tender sahəsində minimum 3–5 il iş təcrübəsi. Dövlət satınalmaları ilə iş təcrübəsi (ASAN portal, 329 və 94 nömrəli qərarlar, “Satınalmalar haqqında Qanun”). Beynəlxalq şirkətlərlə tender proseslərində təcrübə (üstünlükdür. Peşəkar biliklər Dövlət satınalmaları qanunvericiliyi, kotirovka, tender komissiyası qaydaları və bir mənbədən satınalma prosesi üzrə bilik. Müqavilələrin hazırlanması və hüquqi risklərin qiymətləndirilməsi. Tender büdcəsinin hesablanması, qiymət analizi, dəyər optimallaşdırması üzrə biliklər. Texniki və kommersiya təkliflərinin hazırlanması üzrə praktiki bacarıqlar. Excel bilikləri İngilis dili və rus dilində peşəkar yazışmaların aparılması və danışıqların aparılması Bacarıqlar Güclü analitik düşüncə və detallara diqqət. Üstün yazılı və şifahi ünsiyyət bacarığı. Danışıqlar aparmaq və qarşı tərəfi inandırmaq bacarığı. Operativlik və vaxtın düzgün idarə olunması. Komanda ilə işləmək və paralel layihələri idarə etmək bacarığı. Yüksək məsuliyyət və təşəbbüskarlıq. Üstünlüklər Beynəlxalq tender platformaları üzrə təcrübə (UN, WB, ADB, bp.com, Ariba və s.) arzuolunandir Sənaye avadanlıqları, texniki məhsullar və materiallar üzrə biliklər arzuolunandir Xarici təchizatçılarla iş təcrübəsi. İngilis və rus dillərində sərbəst ünsiyyət. Təklif edilir Rəqabətli əmək haqqı (müsahibə zamanı müəyyən ediləcək). Bonus sistemi və motivasiya paketləri. Peşəkar inkişaf və karyera yüksəlişi imkanı. Stabil iş mühiti və güclü korporativ komanda. Elanı diqqətlə oxuyub yazılan kriteriyalara əsasən CV-lərinizi mövzu sətrində "Tender üzrə aparıcı mütəxəssis" kimi qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Əlaqə +994 55 203 49 35