Mühasib - Main Steel MMC

Location: Bakı

Peşəkar bacarıqlarına güvənən, özünü inkişaf etdirməyə maraqlı və dinamik iş mühitində uğur qazanmaq istəyən namizədləri “Main Steel” komandasının bir parçası olmağa dəvət edirik. Vəzifə öhdəlikləri: Mühasibat uçotunun qüvvədə olan qanunvericiliyə uyğun təşkili və aparılması; İlkin mühasibat sənədlərinin (qaimə, hesab-faktura, akt və s.) qəbul edilməsi və yoxlanılması; Gəlir və xərclərin uçotunun aparılması; Elektron qaimə-fakturaların tərtibi və uçotu; İşçilərin əmək haqqısının hesablanması (zərurət yarandıqda); Məzuniyyət, xəstəlik vərəqəsi və digər ödənişlərin hesablanması(zərurət yarandıqda); Bank köçürmələrinin hazırlanması və icrası; Debitor və kreditor borclarının uçotu və nəzarəti; Qarşılıqlı hesablaşmaların uzlaşdırılması; Vakant vəzifə üzrə tələblər: Ali təhsil (Maliyyə, Mühasibatlıq sahəsi üzrə); Müvafiq sahə üzrə min. 2-3 il iş təcrübəsi MS Office proqramlarında işləmək bacarığı; ERP sistemində (Odoo) işləmək bacarığı üstünlükdür; Online kargüzarlıq və e-qaime portallardan istifadə etmə bacarığı; Maliyyə və mühasibatlıqla bağlı qanunvericiliyi bilməli; Səlis Azərbaycan dili biliyi; Analitik düşünmə qabiliyyəti; Komandada işləmək bacarığı; Tapşırıqların müəyyən olunmuş vaxtda və dəqiq icra olunması; Xahiş edirik, yalnız Hacıqabul, Navahı ərazisində yaşayan namizədlər müraciət etsinlər. İş şəraiti: İş qrafiki: həftə içi 5 gün, 08:00 - 17:00; Şənbə və bazar istirahət günləri; Nahar fasiləsi: 13:00 – 14:00. Sizə nə təklif edirik? Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə; Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı; Karyera və inkişaf perspektivləri; Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət; Nahar şirkət tərəfindən təmin edilməsi. Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.