Yüklənir...
Location: Bakı
“MRS TRADE COMPANY” yə aid təmizlik vasitələri mağazalar şəbəkəsinə Kassir axtarılır! Vəzifə öhdəlikləri: Müştərilərdən nağd və nağdsız ödənişləri qəbul edir. Ödəniş zamanı qəbul edilən pul vəsaitinin düzgünlüyünü yoxlayır və müvafiq kassa əməliyyatını həyata keçirir. Müştəriyə çek və digər tələb olunan ödəniş sənədlərini təqdim edir. Kassada olan pul vəsaitlərinin, sənədlərin və digər maddi qiymətlilərin uçotunu aparır. Nağd pul vəsaitlərinin təhlükəsiz saxlanmasını və müəyyən edilmiş qaydada təhvil verilməsini təmin edir. Kassa aparatından və POS-terminaldan təlimata uyğun istifadə edir. Kassa aparatında və POS-terminalda yaranan nasazlıq və problemlər barədə dərhal rəhbərinə məlumat verir. Günün sonunda kassa üzrə yekun hesabatları hazırlayır və kassada olan vəsaiti müəyyən edilmiş qaydada təhvil verir. Kassa qalığının uçot məlumatlarına uyğunluğunu yoxlayır. Artıq və ya çatışmayan məbləğ aşkar edildikdə dərhal rəhbərliyə məlumat verir. Müştərilərin suallarını öz səlahiyyətləri daxilində cavablandırır, zəruri hallarda onları aidiyyəti əməkdaşa yönləndirir. Tələblər: Yaş həddi: 22+ Cinsi: Qadın Xırdalan ərazisində yaşayanlara üstünlük veriləcək Məsuliyyətli, bacarıqlı İş şəraiti: Növbəli iş rejimi İş yeri: Bakı şəhəri, Xırdalan şəhəri İş saatı: 6 gün (08:00–15:00); (15;00 – 22:00) Rəsmi əmək müqaviləsi; Əmək haqqı - 450 AZN Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .