Yüklənir...
Location: Bakı
Əsas vəzifə öhdəlikləri: Dövlət satınalmalarında şirkətin maraqlarının düzgün və effektiv şəkildə təmsil edilməsi; Tender sənədlərinin sıfırdan hazırlanması və qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi; e-Satınalma portalında satınalma proseslərinin müstəqil idarə olunması; Texniki və qiymət təkliflərinin hazırlanması və analitik qiymətləndirilməsi; Forma 2, Forma 3 və digər zəruri sənədlərin düzgün və səhvsiz tərtib edilməsi; Bank qarantiyası, icra təminatı və müqavilə sənədlərinin hazırlanması və nəzarətdə saxlanılması; Dövlət qurumları ilə rəsmi və peşəkar yazışmaların aparılması; Satınalma proseslərində yarana biləcək hüquqi və sənədləşmə risklərinin əvvəlcədən müəyyən edilməsi və qarşısının alınması; Tender və müqavilə öhdəliklərinin vaxtında və düzgün icrasına nəzarət. Namizədə dair tələblər: Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Logistika və ya digər uyğun ixtisaslar üzrə); Satınalma sahəsində minimum 2 il iş təcrübəsi; “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununu və onun tətbiq mexanizmlərini praktiki səviyyədə bilmək; e-Satınalma portalında sərbəst və müstəqil işləmək bacarığı; Tender sənədlərinin və müqavilələrin hazırlanması üzrə praktiki biliklər; MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı; 1C, SAP və ya digər ERP sistemləri ilə işləmək təcrübəsi üstünlükdür; Analitik düşünmə və detallara yüksək diqqət; Yüksək məsuliyyət, dəqiqlik və intizam; Müstəqil qərarvermə və operativ işləmək bacarığı. İş şəraiti: Struktur bölmə: Təchizat şöbəsi; İş qrafiki: Həftənin 5 günü; Əməkhaqqı: 2000 AZN. Qeyd: Namizəd tender sənədlərinin düzgün tərtib edilməsinə, təqdim olunan məlumatların dəqiqliyinə və satınalma prosesində qanunvericiliyin tələblərinə riayət olunmasına görə məsuliyyət daşıyacaq. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.